Neymar 90 dəqiqənin hamısını oynamağa hazırdır Ançelotti
Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Karlo Ançelotti Neymarın Braziliya millisindəki rolu barədə danışıb.
Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu DÇ-2026-da indiyədək yalnız bir oyunda iştirak edib. O, qrup mərhələsinin 3-cü turunda Şotlandiya ilə matçda (3:0) 76-cı dəqiqədə meydana daxil olub. 1/16 finalda isə Yaponiya ilə görüşdə (2:1) ehtiyatda qalıb.
Ançelotti futbolçunun vəziyyəti ilə bağlı bunları deyib:
“Bəli, o, 90 dəqiqənin hamısını oynamağa hazırdır. Əlbəttə, yaranmış vəziyyətdən narazıdır, amma özünü çox yaxşı aparır. Əla məşq edir.
Neymara böyük hörmət var, o, xoş xasiyyətli insandır və komanda yoldaşları onu çox sevir. Kollektivdə vacib rolu var, böyük ustadır və buna baxmayaraq çox təvazökar insandır. Mən ondan çox razıyam. Və təbii ki, o da həmişə istədiyi kimi oynamaq istəyir”, – deyə Ançelotti "Folha de S. Paulo" qəzetinə müsahibəsində bildirib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 03 İyul 2026 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















