Neymar gözyaşları içində millidən getdi (Fotolar)
Icma.az bildirir, Milli.az portalına istinadən.
Braziliya millisinin ulduz futbolçusu Neymar dünya çempionatının 1/8 final mərhələsində Norveçə 1:2 hesablı məğlubiyyətdən sonra milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.
Milli.Az xəbər verir ki, qarşılaşmada Braziliyanın yeganə qolunu penaltidən vuran 34 yaşlı hücumçu final fitindən sonra göz yaşlarına hakim ola bilməyib. Komandanın mundialla erkən vidalaşması futbolçular arasında böyük məyusluq yaradıb.
Oyundan sonra açıqlama verən Neymar milli komanda ilə yolunu ayırdığını təsdiqləyib. O, "Bir neçə dəfə yoxladım, amma olmadı. Bu stadionda başlamışdım, burada da bitirirəm", sözləri ilə qərarını ifadə edib.
Qeyd edək ki, Norveçlə oyunda vurduğu qol Neymarın 2023-cü ildən sonra Braziliya millisində ilk qolu olub. O, milli komandanın heyətində keçirdiyi 130 oyunda 80 qol və 59 məhsuldar ötürmə ilə ölkə futbolunun ən yaddaqalan simalarından biri kimi tarixə düşüb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:83
Bu xəbər 06 İyul 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















