Neymar millidən kənarda qaldı
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Santos"un və Braziliya millisinin hücumçusu Neymar yığmanın qarşıdakı təlim-məşq toplanışından kənarda qalmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, ulduz futbolçu bu barədə sosial şəbəkələrin birində yazıb:
"Məşqçilər korpusu ilə bu barədə uzun-uzadı söhbətlərimiz oldu. Hamı bilir ki, mən böyük həvəslə milliyə dönmək istəyirəm. Amma biz razılaşdıq risk etməyək. Zədəm tam sağalandan sonra kollektivə qoşulacam. Bu prosesin bir hissəsidir. Dəstək mesajları göndərən hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki Braziliya yığması martın 21-də evdə Kolumbiya, martın 26-da isə səfərdə Argentina ilə qarşılaşacaq. Hər iki qarşılaşma DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 15 Mart 2025 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















