Neymar komandası ilə səfər matçına getmək əvəzinə poker oynayıb
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Santos"un hücumçusu Neymar Cənubi Amerika Kuboku (Sudamerikana Kuboku) çərçivəsində Venesuelanın "Universidad Sentral" komandasına qarşı keçirilən səfər oyununda komanda ilə birlikdə iştirak etməyib. Qarşılaşma Braziliya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Moderator.az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.
Klub Neymarın heyətdə yer almamasını onun tam hazır vəziyyətə gəlməsi üçün əlavə vaxta ehtiyac olması ilə izah edib. Lakin "Globo"nun məlumatına görə, braziliyalı futbolçu oyunun keçirildiyi gün San-Pauluda poker turnirində görüntülənib. Bu isə sosial şəbəkə istifadəçilərinin sərt tənqidinə səbəb olub.
"Santos" Neymarın Braziliya çempionatının növbəti turunda, iyulun 26-na keçən gecə "Şapekoense"yə qarşı keçiriləcək matçda meydana qayıdacağına ümid edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 22 İyul 2026 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















