Icma.az
close
up
RU
Mal əvəzinə qoyun əti, qoyun əvəzinə toyuq, toyuq əvəzinə... İstehlakçıların aldadılması yolverilməzdir

Mal əvəzinə qoyun əti, qoyun əvəzinə toyuq, toyuq əvəzinə... İstehlakçıların aldadılması yolverilməzdir

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Son zamanlar demək olar ki, bütün mağazaların vitrinlərində müxtəlif firmaların kolbasa və sosiska məmulatlarına rast gəlirik. Məhsullar kimi qiymətlər də fərqlidir. Ucuzdan ucuz olanı da var, qiyməti ceyran belində olanı da. Məhsulların üzərində olan etiket məlumatlarını oxuyanda məlum olur ki, hamısının tərkibində ət var. Bəzisində mal, bəzisində qoyun, bəzisində toyuq əti olduğu deyilən bu məhsulların tərkibində nəyin olmasını bircə istehsalçı firma bilir.Biz nə yeyirik, yediyimiz kolbasa və ya sosiskanın tərkibində ət varmı, varsa nə ətidir, heyvanın hansı tərəfinin ətidir?

Ötən günlərdə sosial şəbəkələrdə üzərində qoyun şəkli olan kolbasının tərkibində qoyun ətinin olmaması ilə bağlı bir çməlumat yer almışdı. İstehlakçı qeyd edirdi ki, kolbasanın üzərində qoyun şəkli olsa da, etiket məlumatında qoyun ətinin adı çəkmir. Və istehlakçı bunu istehlakçının aldadılması kimi qəbul etmişdi.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi son bir ildə çox ciddi monitorinqlər aparır, məhsulların etiketləridə olan məlumatlarla tərkibində olan məhsulların uyğunluğunu təqib edir və bu monitorinqlə əsnasında bir neçə şirkətin istehsal etdiyi sular, yağlar ifşa edilib. Eyni zamanda kolbasa məəmulatlarının da monitorinqi aparılıb.

Eyyub Hüseynov

“Bir kolbosa məmulatının tərkibi camış əti idi, üstünə mal əti yazırdı. Bu, çox da böyük bir səhv deyildi, lakin onu da düzəltdirdi”-deyən ekspert qeyd edib ki, Qida təhlükəsizliyi agentliyi ilə keçən il İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinin nəzdində olan Standart institutunda malların etiket məlumatlarına dair texniki komitənin yığıncağı olub. Texniki Komitənin üzvü olduğunu qeyd edən Eyyub Hüseynov bildirib ki, toplantıda malların etiket məlumatlarının tərkibi ilə düz gəlməsi məsələsi və standartın qəbul olunması barədə məsələ müzakirə olunub.

“Bütün hallarda istehlakçıların aldadılmasına yol vermək olmaz. Gərək ki, malın tərkibində nə varsa, o da yazılsın. Bütün hallarda yerli mallar xarici mallardan üstündür. Bütün hallarda və xaricdən gətirilən mallarda daha çox aldatma var. Xüsusən Rusiyadan, Belarusiyadan gətirilən ət məmulatlarına inam azalmalıdır. Çünki onlar çox kimyalaşmış olurlar. Əlbəttə, bu göstərilən şəkildə qoyun şəkil orada mütləq yığışdırılmalıdır və böyük bir istehlakçı aldadılması üçün bir jestdir. Lakin ola bilsin ki, qoyun quyruğu qarışdırılıb onun üçün foto yer alıb. Bu da istisna olunmur”-deyə ekspert bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Aprel 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri