Neymarın atası oğlu ilə bağlı xəbəri TƏSDİQLƏDİ
Lent az saytına istinadən Icma.az xəbər verir.
Neymarın atası oğlunun Avropaya qayıtmasını istisna etmir, Avropa klublarından braziliyalıya marağın hələ də qaldığını vurğulayır.
Lent.az xarici mediaya istinadla bildirir ki, məlum olduğu kimi, futbolçunun atası həm də onun agentidir. Şərhində o qeyd edib ki, Neymar transfer bazarında diqqəti cəlb etməkdə davam edir.
"Onun "Santos"da qalması üçün yaxşı şans var. Bunun üzərində işləyirəm. Bu, digər klublardan gələn təklifləri dəyərləndirməyimə mane olmur. Bazarda maraq görürəm. Bu həftə klublarla danışmaq üçün Mayamiyə gedirik. Onları dinləyib nə edəcəyimizə qərar verməliyik.
Bəli, Avropa klubları var. Onların bəziləri Çempionlar Liqasındadır. Amma onlar da bilirlər ki, o, gözəl mövsüm keçirməyə qadirdir, ancaq Braziliya bazarı da maraqlıdır", - ata Neymar vurğulayıb.
Baxış sayı:91
Bu xəbər 17 İyun 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















