Ançelotti Neymarın ilk matçda oynamayacağını təsdiqlədi
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın DÇ-2026-nın Mərakeşlə ilk oyununda komandasına kömək edə bilməyəcəyini təsdiqləyib.
Sportal.az xəbər verir ki, səhhətindəki problemlərə baxmayaraq, 34 yaşlı hücumçu "Selesao"nun mundial üçün iştirak ərizəsinə daxil edilib. İtaliyalı mütəxəssisin sözlərinə görə, futbolçu zədədən sonra bərpa prosesini davam etdirir və hələlik meydana çıxmağa hazır deyil:
"Neymar mümkün qədər tez sağalmaq üçün çox intensiv çalışır. Onun gələn həftə sağalaraq ümumi qrupa qoşulacağını gözləyirik".
Neymarın fiziki forması səbəbindən dünya çempionatında iştirakı xeyli müzakirələrə səbəb olmuşdu.
Qeyd edək ki, Braziliya - Mərakeş matçı iyunun 14-ü, Bakı vaxtı ilə saat 02:00-da start götürəcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 13 İyun 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















