Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Neyromüxtəlif gənclərin çalışdığı məkan “Kashalata” kafedən REPORTAJ

Neyromüxtəlif gənclərin çalışdığı məkan “Kashalata” kafedən REPORTAJ

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 25 sentyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Bakının sakit küçələrindən birində qapılarını hər gün öz müştəriləri üçün böyük ümidlərlə açan bir kafe fəaliyyət göstərir. Burada müştəriyə təqdim olunan qəhvə yalnız isti içki deyil, həm də səmimiyyətin, anlayışın və cəmiyyət tərəfindən qəbul edilmənin rəmzidir. Bu məkan Azərbaycanın ilk və yeganə inklüziv kafesi, “Kashalata” kafedir. Buranın digər yerlərdən fərqi ondadır ki, kafedə müştərilərə xidmət göstərənlər sıradan işçilər deyil. Məkanda çalışanların əksəriyyəti neyromüxtəlifliyi olan, yəni autizmli və ya Daun sindromlu gənclərdir. Onlar “Kashalata” kafedə sadəcə öz iş bacarıqlarını nümayiş etdirmirlər, həm də cəmiyyətə inteqrasiyanın mümkünlüyünü sübut edirlər. Axı, neyromüxtəlifliyi olan insanlar üçün cəmiyyətə inteqrasiya imkanları olduqca əhəmiyyətlidir.

AZƏRTAC-ın əməkdaşları məkanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün “Kashalata” kafeyə baş çəkib.

Autizmli gənclər bir fincan qəhvə ilə birlikdə öz ümidlərini təqdim edirlər

Qapını açıb “Kashalata” kafeyə daxil olan kimi sizi sanki başqa bir aləm qarşılayır. İçəridən gələn yeni dəmlənmiş qəhvənin ətri, sobadan çıxan təzə şirniyyatların qoxusu, bişən təamların dadlı buxarı insana dərhal isti bir doğmalıq hiss etdirir. Mətbəxdə və zalda gülərüzlə işləyən gənclər diqqəti cəlb edir. Onların bəziləri barista (qəhvəni hazırlayıb xidmət edən şəxs) köməkçisi, bəziləri ofisiant, digərləri isə aşpaz köməkçisidir. Hər biri öz işi ilə məşğuldur: bəziləri masaları silir, kimsə qonaqlar üçün qəhvə hazırlayır, digəri təzəcə bişmiş piroqları süfrəyə düzür. Ən təsirlisi isə odur ki, bütün bu ləzzətli təamları hazırlayanlar və xidmət edənlər neyromüxtəlifliyi olan gənclərdir. Onların hər hərəkəti, hər səmimi gülümsəməsi cəmiyyət üçün “Biz də bacarırıq” mesajıdır. Burada masaya gətirilən bir fincan qəhvə və ya isti çay təkcə içki deyil, həm də böyük zəhmətin, sevgiylə görülmüş işin nəticəsidir. Elə buna görə də buradakı dadlar damaqda qalmaqla yanaşı, qəlbə də toxunur.

“Kashalata” kafesinin təsisçisi, “Birgə və Sağlam” İctimai Birliyinin rəhbəri Aytən Eynalova 22 yaşlı autizmli gəncin anasıdır. İllər əvvəl valideyn kimi yaşadığı çətinliklər ona bu sahədə yeni yol açmağa ilham verib.

“2017-ci ildən bəri biz neyromüxtəlifliyi olan insanlara iş bacarıqları öyrədirik. Burada yalnız işləməyi deyil, müstəqil həyat bacarıqlarını da mənimsəyirlər. “Kashalata” kiçik bir kafe ola bilər, amma mesajı çox böyükdür. Biz göstəririk ki, doğru imkan yaradıldıqda hər şey mümkündür”, - deyə A.Eynalova əlavə edib.

Hazırda kafedə 10 nəfər gənc çalışır. Onların biri Daun sindromlu, doqquzu isə autizmli gənclərdir. Barista köməkçisi, aşpaz köməkçisi və ofisiant kimi fəaliyyət göstərən bu gənclər müştəriləri gülərüzlə qarşılayır, sifarişləri çatdırır, dadlı təamlar hazırlayır, kafeni səliqəli saxlayırlar.

Dövlət dəstəyi və cəmiyyətin diqqəti

“Kashalata” layihəsi dövlət qurumlarının və özəl şirkətlərin dəstəyi ilə həyata keçirilib. Bu sosial layihəyə cəmiyyətin diqqəti də böyükdür. Ən önəmli hadisələrdən biri isə ölkənin birinci xanımı Mehriban Əliyevanın “Kashalata”nı üç dəfə ziyarət etməsidir. O, gənclərlə birlikdə dadlı təamlar hazırlayıb, onlara öz dəstəyini göstərib. Bu, həm gənclər, həm də onların ailələri üçün unudulmaz bir hadisədir.

Aytən Eynalovanın sözlərinə görə, son illərdə maarifləndirmə işlərinin artması ilə cəmiyyətin neyromüxtəlif şəxslərə yanaşmasında da ciddi dəyişikliklər var: “20 il əvvəl valideyn kimi yaşadığım çətinliklərin çoxunu indi yaşamırıq. İnsanlar daha anlayışlı, daha qəbul edən olublar. Bu, bizim kimi valideynlərin həyat keyfiyyətini yüksəldir”.

“Kashalata” yalnız bir kafe ilə məhdudlaşmaq niyyətində deyil. Layihənin təsisçiləri gələcəkdə yeni filiallar açmağı, daha çox gənci işə cəlb etməyi, hətta ölkə hüdudlarını aşaraq regionda da nümunə yaratmağı planlaşdırır.

“Əgər bu gün “Kashalata”da 10 gənc çalışırsa, gələcəkdə daha çoxunu işlə təmin etmək istəyirik. Hər bir övladımızın müxtəlif bacarığı var və biz həmin bacarıqlara uyğun imkanlar yaratmağa çalışırıq. Hətta xarici ölkələrdən də maraqlananlar var. Artıq Azərbaycan bu sahədə nümunə göstərilən ölkələr sırasındadır”, - deyə İctimai Birliyin rəhbəri əlavə edib.

Gülərüzlü gənclərin dəvəti

Biz kafedə olarkən aşpaz köməkçisi Həmzə Eynalov artıq iş başında idi. O, böyük həvəslə və diqqətlə şirniyyat hazırlayırdı. Zalın ortasında isə Elmar Əliyev dayanmışdı. O, müştəriləri gülərüzlə qarşılayır, hər birinə sanki uzun müddət gözlədiyi qonaq kimi baxırdı. Onun səmimiyyətində xüsusi bir istilik vardı, elə bil burada heç kim yad deyil, hamı bir ailənin üzvüdür. Hüseyn Hüseynov isə bar masasının arxasında dayanaraq qəhvə hazırlayırdı. Qəhvənin dəmlənərkən yaydığı ətir bütün zalı bürümüşdü. Hüseyn fincanı qonağın qarşısına qoyanda üzündəki təbəssüm sanki bu sadə içkini daha dəyərli edirdi. Hazırladıqları qəhvəni və təamları AZƏRTAC-ın əməkdaşlarına təqdim edən gənclərin gözlərində isə ümid işığı parıldayırdı.

Bu gün Həmzə Eynalov, Elmar Əliyev və Hüseyn Hüseynov kimi gənclər öz gülər üzləri ilə hər kəsi “Kashalata” kafeyə dəvət edirlər. Onların xidmətindəki səmimiyyət, hazırladıqları təamların ləzzəti və ən əsası, həyat sevgisi hər bir müştərinin qəlbində iz buraxır.

“Kashalata” sadəcə bir kafe deyil, bura fərqli dünyaların görüş nöqtəsi, hər fincan qəhvənin yanında bir az da ümid və inamın təqdim olunduğu bir məkandır. Kafeyə gələn hər bir qonaq anlayır ki, fərqlilik məhdudiyyət deyil, cəmiyyətin zənginliyidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see259

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see153

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see138

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see137

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri