Icma.az
close
up
RU
Nəzakət Məmmədovaya 13 illik həbs cəzası verildi SƏBƏB

Nəzakət Məmmədovaya 13 illik həbs cəzası verildi SƏBƏB

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Siyasi şərhçi kimi tanınan Nəzakət Məmmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dövlətə xəyanət ittihamından 13 il azadlıqdan məhrumetmə cəzası alıb. Məhkəmə prosesi bu günlərdə başa çatıb və hökm oxunub.

Sfera.az xəbər verir ki, 46 yaşlı Nəzakət Məmmədova, Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirli bilinir. İttihamda qeyd olunur ki, o, “siyasi şərhçi” və “jurnalist” adı altında gizli fəaliyyət göstərərək tapşırıqlar alıb. Məmmədova həmçinin “Alfa TV” adlı YouTube kanalının rəhbəri idi və bu kanalda açıq şəkildə Rusiyapərəst materiallar yayımlanırdı. İttihamda bu kanalın yaradılması, müsahibələrin təşkili və digər materialların yayımı onun fəaliyyətinin bir hissəsi olaraq göstərilir.

Cinayət işinin sənədlərində iddia edilir ki, N.Məmmədova Moskvaya tez-tez səfərlər edib, gizli görüşlərdə iştirak edib və bu fəaliyyətlərin müqabilində ona pullar göndərilib. Maraqlıdır ki, bu pul köçürmələri Məmmədovanın öz adına deyil, başqalarının adına həyata keçirilib və bankdan çıxarılıb. İttihamda, o, digər şəxsləri də Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqələndirməyə çalışmaqda ittiham olunur.

Lakin Nəzakət Məmmədova bu ittihamları rədd edir. Özünü günahsız hesab edən Məmmədova bildirib ki, Moskvaya əsasən konfranslar və çıxışlar üçün gedib. Onun sözlərinə görə, aldığı pullar yalnız bu fəaliyyətlər üçün ödənilən qonorarlar və ezamiyyət xərclərindən ibarət olub. “Əgər gizli şəkildə pul almaq niyyətim olsaydı, həmin pulları nağd şəkildə gətirərdim. Keçmiş həyat yoldaşımın gəlirlərimdən xəbərdar olmasını istəmirdim, buna görə pulları başqalarının adına çıxarırdım,” – deyə Məmmədova ifadə verib.

Xatırladaq ki, Nəzakət Məmmədova 2023-cü ilin oktyabrında Azərbaycan hüquq - mühafizə orqanları tərəfindən saxlanılıb. (Musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Noyabr 2024 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri