Icma.az
close
up
RU
Nəzakət Məmmədovaya 13 illik həbs cəzası VERİLDİ

Nəzakət Məmmədovaya 13 illik həbs cəzası VERİLDİ

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Siyasi şərhçi kimi tanınan Nəzakət Məmmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dövlətə xəyanət ittihamından 13 il azadlıqdan məhrumetmə cəzası alıb. Məhkəmə prosesi bu günlərdə başa çatıb və hökm oxunub.
Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, 46 yaşlı Nəzakət Məmmədova Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirli bilinir. 
 

İttihamda qeyd olunur ki, o, "siyasi şərhçi" və "jurnalist" adı altında gizli fəaliyyət göstərərək tapşırıqlar alıb. Məmmədova, həmçinin "Alfa TV" adlı "YouTube" kanalının rəhbəri idi və bu kanalda açıq şəkildə Rusiyapərəst materiallar yayımlanırdı. İttihamda bu kanalın yaradılması, müsahibələrin təşkili və digər materialların yayımı onun fəaliyyətinin bir hissəsi olaraq göstərilir.


Cinayət işinin sənədlərində iddia edilir ki, N.Məmmədova Moskvaya tez-tez səfərlər edib, gizli görüşlərdə iştirak edib və bu fəaliyyətlərin müqabilində ona pullar göndərilib. Maraqlıdır ki, bu pul köçürmələri Məmmədovanın öz adına deyil, başqalarının adına həyata keçirilib və bankdan çıxarılıb. O, digər şəxsləri də Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqələndirməyə çalışmaqda ittiham olunur.
Lakin Nəzakət Məmmədova bu ittihamları rədd edir. Özünü günahsız hesab edən Məmmədova bildirib ki, Moskvaya əsasən konfranslar və çıxışlar üçün gedib.
Onun sözlərinə görə, aldığı pullar yalnız bu fəaliyyətlər üçün ödənilən qonorarlar və ezamiyyət xərclərindən ibarət olub.
"Əgər gizli şəkildə pul almaq niyyətim olsaydı, həmin pulları nağd şəkildə gətirərdim. Keçmiş həyat yoldaşımın gəlirlərimdən xəbərdar olmasını istəmirdim, buna görə, pulları başqalarının adına çıxarırdım," - deyə Məmmədova ifadə verib.
Xatırladaq ki, Nəzakət Məmmədova 2023-cü ilin oktyabrında Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Noyabr 2024 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri