Icma.az
close
up
RU
Nəzarətə nəzarət və ya köməkçinin köməkçisi... Yevlaxda yaşananlara sözardı

Nəzarətə nəzarət və ya köməkçinin köməkçisi... Yevlaxda yaşananlara sözardı

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Premyer Liqanın XII turu çərçivəsində "Karvan-Yevlax" – "Kəpəz" matçında futbolda hər gün görmədiyimiz, daha dəqiq desək, Azərbaycan futbolunda görməyə adət etmədiyimiz qeyri-adi olay yaşandı. Bunu matçı istər tribunadan, istərsə də televizor qarşısında əyləşənlərin hamısı gördü. Görməyənlər isə mətbuat və sosial şəbəkələr sayəsində xəbərdar oldu.

Deməli, oyunun ilk hissəsində meydan sahiblərinin baş məşqçisi Azər Həşimov müdafiəçi Vüsal Məsimovu əvəzləmək istədi. Lakin Məsimov qərarla razılaşmayaraq meydanı tərk etmədi. Görüşün baş hakimi isə yaşananları kənardan izləyərək bir qədər səbr edib futbolçunun baş məşqçinin qərarını vecə almadığını görüncə, oyunu davam etdirdi.

Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında həmkarlarımdan biri yaşananlarla bağlı Azər bəyə sual ünvanlayıb. Kağız üzərində baş məşqçi isə "Araz-Naxçıvan"la oyunda Vüsalın zədəsi var idi. Bu gün özü köməkçilərimə demişdi ki, əvəzetmə olsun. Sonra dedi ki, yaxşıyam, dəyişməyin. İnanın ki, o sözü mənə deməyib. Vüsalın əvəzetmə istəməsini də mənə köməkçilər demişdilər. Ona görə anlaşılmazlıq oldu. Yüz faiz əmin olun. Heç bir problem yoxdur" - söyləməklə, guya, vəziyyətdən çıxmağa çalışıb.

Bu yerdə yadıma komediaxanadakı "nəzarətə, nəzarət" səhnəcəyi yadıma düşdü. Yəqin ki, həmin səhnəciyi çoxları izləyib, görməyənlərə isə xatırlatmaq istəyirəm ki, orda müdir əməkdaşlarından birinə "sən nə işlə məşğulsan" sualını ünvanlayır. Cavab isə belə olur: "mən nəzarətə nəzarət edirəm". İndi Yevlax klubunda da vəziyyət nə qədər gülməli də olsa eynidir.

Ölkədə futbolla maraqlananların 7-dən 77-yə hamısı bilir ki,  Azər Həşimov özü də qeyri-rəsmi köməkçidir. Sənəd üzərində baş məşqçi olsa da, klubda bu funksiyanı adı ştatda vitse-prezident kimi keçən Kənan Kərimov yerinə yetirir. Məşqlərdə tapşırıqları Kərimov verir, kimin əsas heyətdə yer alacağını, kimin ehtiyatda qalacağını o, müəyyənləşdirir. Oyun vaxtı əvəzetmələr onun istəyinə uyğun reallaşır. Ümumiyyətlə, komandanın necə oynayacağı məhz Kənan bəyin istəyindən asılıdır. Həşimova isə sadəcə, Kərimovun tapşırlarını icra etmək qalır. Odur ki, onun ağızdolusu "köməkçilərim" deməsi, ictimaiyyətdə gülüş doğurur, özünü isə gülüş obyektinə çevirir. Təbii ki, bunu futbolçularda bilir və bəlkə də bu üzdən Azər bəyin qərarları onlar tərəfindən ciddiyə alınmır və bu alınacağı da inandırıcı görünmür. Odur ki, bu yerdə Azər bəyə bir atalar sözünü xatırlatmaq istəyirəm: "şəhərdə ikinci olunca, kənddə birinci olmaq daha yaxşıdır". Yəqin ki, Həşimov nə vaxtsa bunu başa düşəcək...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://sport24.az
archiveBu xəbər 22 Noyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri