Nəzarətsiz dərman qəbulu bu fəsadlara səbəb olu AÇIQLAMA
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
“Reseptsiz dərman satışına son qoyulmalıdır. Bu hal əhali arasında həkimə müraciət etmədən dərman qəbulu hallarının artmasına səbəb olur. İnsanlar isə çox vaxt fərqində olmadan özlərinə fayda yox, zərər verirlər".
Bunu Demokrat.az-a açıqlamasında farmakoloq Aydın Əliyev deyib.
O, bildirib ki, dərman yalnız həkimin nəzarəti altında, düzgün göstərişlə və dozada istifadə olunduqda müalicə vasitəsinə çevrilir:
"Həkimsiz dərman qəbulu qətiyyən yolverilməzdir. Təəssüf ki, bu problemin kökündə qeyri-qanuni biznes maraqları, dərman satışına zəif nəzarət və keyfiyyətsiz preparatların ölkəyə gətirilməsi dayanır ki, bu da ciddi təhlükə mənbəyidir. Məsələn, anemiya hallarında tez-tez yanlış yanaşmalara rast gəlinir. Fol turşusu və B12 vitamini (siyanokobalamin) hiperxrom anemiya zamanı birlikdə istifadə olunmalıdır. Onların ayrı-ayrılıqda qəbulu isə istənilən effekti vermir".
Ekspert bildirib ki, bir çox insan dərmanları məqsədsiz və kifayət qədər məlumat olmadan qəbul edir:
"“Mədə üçün xeyirlidir” deyilir, amma hansı mədə problemi üçün uyğun olduğu dəqiq bilinmir. Halbuki mədə-bağırsaq sistemində mikroflora mövcuddur və bəzi dərmanlar bu faydalı mikroorqanizmləri məhv edərək immun sistemin zəifləməsinə səbəb olur. Mədə-bağırsaq sistemi pozulduqda isə bütün orqanizmdə problemlər yaranır".
Onun sözlərinə görə, dərman qəbulu istənilən vaxt dəyişdirilə bilən sadə bir proses deyil:
"Bu, avtomobilin detalını dəyişmək kimi asan məsələ deyil. İnsan orqanizmi son dərəcə həssas bir sistemdir. Farmakologiya dərmanların canlı orqanizmə təsirini öyrənən elmdir və həkim dərman təyin edərkən xəstəliyin səbəbini, orqanların vəziyyətini və yanaşı patologiyaları nəzərə alır. Heç vaxt həkim məsləhəti olmadan dərman qəbul etməyin".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Baxış sayı:42
Bu xəbər 15 Dekabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları