Icma.az
close
up
RU
Nəzrin Mansurovanın ölümünün görünməyən səbəbi Xəstəyə münasibətdə...

Nəzrin Mansurovanın ölümünün görünməyən səbəbi Xəstəyə münasibətdə...

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

“Hər bir tibb işçisi bilməlidir ki, insana xidmət ən ali və müqəddəs hissdir. Bu hiss heç bir halda şəxsi münasibət və maddiyyata köklənməməlidir”.

Sfera.az bildirir ki, bunu professor, tibb elmləri doktoru Musa Qəniyev son günlər müzakirə obyektinə çevrilən, Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev barəsində həbs qərarının çıxarılması ilə bağlı xəbərə münasibət bildirərkən deyib. O qeyd edib ki, baş vermiş faciədə mütləq günahkar axtarışı əbəsdir və bu, zamanın günahıdır. 

Mütəxəssis dövrü olaraq təkrarlanan bu kimi faciələrdən çıxış yolunu da göstərib:

“Çıxış yollarından biri, hər şeydən əvvəl tibbi sığorta xidmətinin tam formalaşması və xəstələrə münasibətdə fərdi maddi maraq prinsipinin aradan qalxması, tibbi və hüquqi nəzarət mexanizminin mütləq şəkildə təşəkkül tapmasıdır. Sevindirici haldır ki, ölkəmizdə tibbi sığorta fəaliyyətə başlayıb. Hazırda məlum çətinlik, baryer və problemlərə baxmayaraq, əksər dövlət xəstəxanalarında əvvəllər xəyal olan bir çox əməliyyatlar təmənnasız və pulsuz icra olunur. Özəl və ya təsərrüfat hesablı tibb müəssisələrində isə, vəziyyət fərqlidir. Bu müəssisələrdə hətta sığortanın qarşıladığı xəstəliklərin müalicəsi zamanı belə, “Sən bunu ödəməlisən” prinsipi hakimdir. Bu problemlə hamı qarşılaşır. Məhz bu hal, ölkədə aparılan səhiyyə islahatlarına kölgə salır və insanlarda inamsızlıq yaradır. Odur ki, ilkin və yeganə şərt, sığorta xidmətinin ölkənin bütün tibb - istər dövlət, istərsə də özəl müəssisələrinə birbaşa və qeyri-şərtsiz şamil olunması, bunun üçün xüsusi göndəriş və ya digər sənədin tələb olunmamasıdır. Planlı və təcili akademik tibbi müdaxilə tələb edən bütün əməliyyatları sığorta qarşılamalı və icrasına tək tibbi deyil, inzibatı orqanlar tərəfindən mərkəzləşdirilmiş, son dərəcə ciddi hüquqi nəzarət mexanizmi işlənib hazırlanmalıdır. Buna görə, istənilən narahatlıqla bağlı birbaşa müraciət üçün, xüsusi çağırış mərkəzləri də yaradıla bilər”.

M.Qəniyev bildirib ki, qeyd edilənlər yalnız planlı, zəruri, təcili və göstəriş sayılan pataloji proses və xəstəlikləri əhatə etməlidir:

“Kimsə, zahirini dəyişmək və ya gözəllik xatirinə əməliyyatlar etdirirsə, bunu sığorta qarşılamamalıdır. Məsələn, burun çəpərinin əyriliyi və tənəffüsün pozulması və ya patoloji piylənmə və s. kimi şeylər zərurətdən deyil, fərdi istəkdən irəli gəlir. Bu halda tibbi sığorta ilə bağlı istənilən iddia əsassız sayılmalıdır. Həmçinin, ölkəmizin istər tibbi, istərsə də sığorta xidmətini Avropa və ABŞ kimi yüz illərlə müstəqillik tarixi və tam oturumlu tibbi və sığorta xidməti olan ölkələrlə müqayisə etmək olmaz. Biz bu sahədə ilk kövrək addımlarını atan bir ölkəyik. Düşünürəm ki, yaxın gələcəkdə bu söylədiklərim öz həllini tapacaq və günümüzdə reallıq olan bir çox faciələr, inamsızlıq və uğursuzluqlar yalnız arzuolunmaz tarixi keçmiş kimi xatırlanacaq”.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb. Cinayət işi üzrə ötən gün həkim Sənan Mehdiyev saxlanılaraq məsuliyyətə cəlb olunub və onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Günay Rəsulqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sfera.az
archiveBu xəbər 27 Yanvar 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri