Icma.az
close
up
RU
Burun əməliyyatından sonra komaya düşdüyü deyilən Nəzrin Mansurovanın vəziyyəti NECƏDİR?

Burun əməliyyatından sonra komaya düşdüyü deyilən Nəzrin Mansurovanın vəziyyəti NECƏDİR?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Nəzrin "Mərcan" klinikasında burnundan əməliyyat olunandan sonra komaya düşüb".

Bunu Oxu.Az-a açıqlamasında Nəzrin Mansurovanın əmisi oğlu Mütəllim Abışov deyib.

O bildirib ki, əmisi qızı yanvarın 3-də əməliyyata girib:

"Yanvarın 4-ü, gecə saatlarında onun halı pisləşdi. Yanvarın 5-i qızdırması yüksəldi, mədə bulanması və qusma oldu. Təcili tibbi yardım çağırdıq. Vəziyyəti pis olduğu üçün yolda koma vəziyyətinə düşdü, "Liv Bona Dea Hospital"a yerləşdirildi. Hazırda da koma vəziyyətindədir".

"Liv Bona Dea Hospital"ın Reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Təranə Göyüşova Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda Nəzrin Mansurova süni tənəffüs aparatına qoşulub:

"Xəstə Nəzrin Mansurova yanvarın 5-də "Liv Bona Dea Hospital"ın Reanimasiya şöbəsinə kritik ağır vəziyyətdə daxil olub. Hazırda vəziyyəti ağır olaraq qalmaqdadır. O, süni tənəffüs aparatına qoşulub. İntensiv müalicə və müşahidə davam etdirilir".

Maraqlıdır, bəs görəsən, rinoplastika əməliyyatı etdirən pasiyent koma vəziyyətinə düşə bilərmi?

Tibb məsələləri üzrə ekspert Adil Qeybulla suallarımıza cavab olaraq bunun mümkün ola biləcəyini söyləyib:

"İlk olaraq xəstənin koma vəziyyətinə düşmə səbəbi araşdırılmalıdır. Koma vəziyyəti əməliyyat zamanı qapalı kəllə-beyin travmasından, narkozdan və ya infeksiya keçməsi səbəbindən yarana bilər. İlkin məlumat kimi rentgendə əgər alın sümüyünün çatı göstərilirsə, buna səbəb qapalı kəllə-beyin travması olub. Beyindaxili qanaxma yoxdursa, digər proseslər olmayıbsa, xəstə müalicə almalıdır.

Həmçinin, burada həkimin məsuliyyəti də araşdırılmalıdır. Bəzən olur ki, kəllə sümüyünün özündə də müəyyən problemlər, ağlagəlməyən səbəblər ola bilər. Bu baxımdan, bu vəziyyətin estetik əməliyyat zamanı baş verən texniki səhvə bağlılığı və ya xəstənin orqanizmində olan fərdi xüsusiyyətə bağlılığı araşdırılmalıdır. Burada əsas məsələ həkim məsuliyyətinin təyin edilməsidir. Ona görə də ekspertlər təyin edilməli, bu işlə məşğul olmalı, məsələni araşdırmalıdırlar".

Xatırladaq ki, burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində (AEM) yoxlama başlanılıb.

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Yanvar 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri