Icma.az
close
up
RU
Nəzrinin ölümü ilə bağlı yeni şok fakt KONKRET

Nəzrinin ölümü ilə bağlı yeni şok fakt KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nəzrin Mansurova – o gözəl gənc qadın vəfat etdi. Rinoplastikadan sonra komaya düşmüşdü və ayılmadı.

Çox kədərliyəm, çünki bu ailəni tanıyıram. Nəzringilin toyunda olmuşduq, bəxtəvər günlərinə şahidlik etmişdik. 29 yaşı, çoxlu arzuları, planları və 3 yaşlı özü kimi gözəl qızı vardı.

Anası komaya düşəndən uşaq hər gün ağlayır, çox darıxır, “anam gəlsin” deyir…

Çox ağrılıdır, nə yazıq ki, dünyanı anlamadan, kiçicik dünyası yalnız anasından ibarət olan bir uşaq da yetim qaldı. Və 3 yaşındaca böyüdü, dərdlə, faciə ilə yüklənərək yaşa doldu. Bir qatil həkimin ucbatından – səriştəsizliyindən, məsuliyyətsizliyindən, qeyri-peşəkarlığından, naşılığından və mərhəmətsizliyindən…

Müalicə və cərrahi əməliyyat zamanı xəstə ölə bilər. Heç kəs “risk yoxdur” deyə iddia etmir. Ən müxtəlif səbəblərdən ən təcrübəli həkimin də əlində xəstə həyatını itirə bilər. Pasiyent sağalmaz xəstəliyə mübtəladırsa, orqanizm hansısa səbəbdən tab gətirmirsə, əməliyyat zamanı gözlənilməz fəsadlar ortaya çıxırsa… Amma həkim naşılığından da adam ölərmi? Biz hansı əsrdə, hansı çağdayıq? Tibb saniyələrlə inkişaf edərkən ölkəmizdə bir gənc xanım, bir ana, bir təhsilli qadın burun əməliyyatından necə və niyə ölür? Bu, necə baş verir ki, cərrah əməliyyat zamanı həm anestezioloqluq etsin, həm də əlinə cərrah bıçağı alsın? Bu fərqli iki işi cərrah eyni vaxtda necə uğurla həyata keçirə bilər?

Bəli, təəccüblənməyin, mərhumun yaxınlarının dediyinə görə, Nəzrini əməliyyat edən Sənan Mehdiyev əməliyyat zamanı anesteziyanı da özü həyata keçirib. “Mərcan”, “Badam”, “Banan”, “Banal” və s. adlı klinikalarda – hətta ad belə bu müəssisələrin tibbə nə qədər yad olduğunu az qala bağırır – buna nəzarət olunmurmu? Həkim bu qədərmi özbaşına və sərbəstdir? Burun əməliyyatından sonra xəstənin hansı halda vəziyyəti pisləşə, komaya düşə, beyninə infeksiya yayıla bilər? O infeksiyanın mənbəyi, mənşəyi nədir? MRT nəticələrinə görə, xəstənin kəllə sümüyündə sınıq var. O sınıq necə yaranıb? Əməliyyat edilən pasiyent cəmi bir gün sonra necə evə buraxıla bilər? O, ən azı üç gün xəstəxanada həkim nəzarətində qalmalı deyilmi? Əməliyyatdan öncə və sonra qan analizlərinə baxılmışdımı? Həkimin əlində xəstənin müayinə və analiz nəticələri varmı? Həkim nəyə, hansı məlumatlara əsasən xəstənin normal vəziyyətdə olduğuna qərar verərək onu evə buraxıb? Xəstəxanalarda ümumiyyətlə, bu qərarlar necə verilir?

Suallar həddən artıq çoxdur… yazı az qala suallardan ibarətdir, fərqindəyəm. Ona görə ki, olumlu, dəqiq, doğru bir cavab tapmağa çalışıram. Varmı bu sualların cavabı? Bir ailəyə nə boyda, nə miqyasda faciə yaşadıldığını təsəvvür edirsinizmi? Niyə ölkəmizdə plastik əməliyyatlar zamanı və sonrası ölümlər həddən ziyadə çoxalıb? Artıq böyük bir statistika yaranmaqdadır, anlayırsınızmı? Qadınlarımız gözəlləşmək, bəzən də sağlamlıq üçün ölümə gedirlər. Canımızı əmanət etdiyimiz səhiyyəyə tibb elmindən xəbərsiz, tibb təhsili belə olmayan insanlar necə daxil olur, həkim adına, cərrah adına necə iddia edə bilirlər? Onlara bu şəraiti, bu imkanı kimlər yaradır?

Əvvəllər yadımdadır ki, jurnalistikaya dəxli olmayanların media orqanı yaradıb “jurnalistlik”, əslində isə reketlik etməsi ilə bağlı müzakirələrdə jurnalistləri həkimlərlə müqayisə edirdim. Deyirdim ki, tibb təhsili olmayanın əlinə cərrah bıçağı götürməsi nə qədər absurddursa, reketçiliyin mediaya sirayət etməsi də o qədər ağlasığmazdır. Amma nə yazıq ki, təbabət daha betər “reket”ləşibmiş; daha betər durumda, daha ağlasığmaz səviyyədəymiş. Həqiqətən o dərəcədə ağlasığmaz ki, başqa bir sahənin adamı, adamları, yəni tibb təhsili olmayan, illərini tibb universitetlərində xərcləməyən nadanlar gəlib bizi kəsib-doğramaq xülyasına düşüblər və hətta bu xülyaları gerçəkləşdirə biliblər. “Mərcan”, “məstan”, “badam”, “banan” və s. bunabənzər adlı-adsız klinikalarda qəssab bıçağından cərrah bıçağı kimi istifadə edirlər.

Sözün bitdiyi yerdir. İndi bu “həkim-cərrah”ların böyük əksəriyyətinin tərcümeyi-halında və vicdanında ölüm faktı, hətta faktları var. Bu, Sənan Mehdiyev adlı plastik cərrahın da ilk hadisəsi deyil. 2015-ci ildə onun əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova da həyatını itirib. Həmin vaxt həkimə qısamüddətli azadlıqdan məhrumetmə cəzası verilsə də, daha sonra cəzası ev dustaqlığı ilə dəyişdirilib. Bütün bunlar necə baş verib, bu adam yenidən səhiyyəyə necə, hansı yollarla “qayıdıb” və ya ümumiyyətlə uzaqlaşdırılıbmı? Uzaqlaşdırılmayıbsa, niyə?

Bu, hələ bilinən, üstü açılan ölümlərdir. Sənan Mehdiyevin qurbanı olan, amma “Allahın qədəri” deyib, üstündən keçilən başqa “səhlənkarlıqları” da olubmu?

Həqiqəti burda axtarmaq gərəkdir. Əməliyyat otaqlarına yad şəxslər əlcəksiz, baxılsız necə daxil olurlar, tibb qanunlarına görə bu otaqlar, bu otaqlardakı avadanlıq və tibbi ləvazimatlar dezinfeksiya olunmurmu? Cərrahiyyə əməliyyatında iştirak edən tibb personalı təmizliyə ciddi riayət edirmi? Əli şamlı-tortlu “şən və optimist” tibb bacıları o otaqlara necə buraxılır? O “sürpriz” səhnəciklər hətta tibbin özü üçün də sürprizdir, başa düşürsünüz? Bu xaosun, qarışıqlığın, özbaşınalığın, elmsizliyin və təcrübəsizliyin fonunda pasiyent ölümcül infeksiyaya yoluxmaya bilərmi? Nəinki yoluxar, ölər də. Və ölür insanlarımız belə klinikalarda…

Dünyanın qabaqcıl ölkələrində bu məsələlər necə tənzimlənir? Müvafiq qanunlarımızda hansı boşluqlar var? Əməliyyatöncəsi hər səhifəsi pasiyentə imzalatdırılan qalın qovluqlar həkimləri məsuliyyətdən azad edirmi? Qanunlarımıza görə, adam öldürmək cinayətdir və cəzası ağırdır. Bəs əməliyyat masasında ölümə məhkum edilən insanların haqqı, hüququ nədir, nələrdir? Biz əzizlərimizin arxasınca yalnız göz yaşı tökməkləmi kifayətlənməliyik? Nə etməliyik, nə edə bilərik, məncə, bu yöndə müzakirələrə başlamalı, media və QHT-lər həyəcan təbili çalmalı, Milli Məclisin diqqətinin bu problemə yönəldilməsi üçün nə mümkündürsə, etməliyik…

Yalnız “Allah rəhmət eləsin”lə bitməməlidir bu cinayətlər…/axaraz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Yanvar 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see135

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see131

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri