Niderland “Avroviziya 2027“də iştirak edəcək
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Niderland Bolqarıstanın Burqas şəhərində keçiriləcək "Avroviziya-2027" mahnı müsabiqəsində iştirak edəcək.
Moderator.az "Netherland Times"a istinadən xəbər verir ki, Niderlandın ictimai yayım sistemi NPO avqust ayında yayımçı AVROTROS-un müsabiqədən imtina etməsindən sonra yenidən müsabiqədə iştirak etmək qərarına gəlib.
Niderland ölkənin ictimai yayımçılarının birgə layihəsi ilə təmsil olunacaq. Təmsilçinin seçilməsi və müşayiəti üçün müstəqil ekspertlər komandası yaradılacaq. Niderlanddan olan iştirakçının adı daha sonra açıqlanacaq.
"Avroviziya-2027"nin yarımfinalları mayın 11-i və 13-də, final isə mayın 15-də Burqasda keçiriləcək.
Avqust ayında AVROTROS müsabiqədə iştirak etməyəcəyini elan edərək bildirib ki, iştirakçı ölkələrdən biri irimiqyaslı hərbi münaqişədə iştirakını davam etdirdiyi müddətcə tədbiri artıq neytral hesab etmək olmaz. Niderland eyni səbəbdən 2026-cı ildə Vyanada keçirilən müsabiqəni də boykot edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 23 Sentyabr 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















