İrlandiya Avroviziya 2027 də iştirak etməyəcək
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İrlandiya 2027-ci ildə "Avroviziya" musiqi müsabiqəsində iştirak etməyəcək və İsrailin iştirakına görə onu yayımlamayacaq.
Bakıvaxtı.az "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İrlandiyanın ictimai yayım şirkəti "Raidió Teilifís Éireann" (RTÉ) bildirib.
"RTÉ "Avroviziya-2027"də iştirak etməyəcək və onun yayımından imtina edəcək", - yayımçının rəsmi bəyanatında qeyd olunub.
Şirkət nümayəndələri izah ediblər ki, bu qərar Qəzza zolağında davam edən humanitar böhranla əlaqədardır.
"Avroviziya"nın direktoru Martin Qrin RTÉ-nin mövqeyinə görə təəssüfləndiyini bildirib, eyni zamanda qəbul edilmiş qərara tam hörmətlə yanaşdığını vurğulayıb. Onun sözlərinə görə, Avropa Yayım İttifaqı (EBU) RTÉ ilə dialoqu davam etdirəcək və gələcəkdə İrlandiyanın müsabiqəyə qayıdacağına ümid edir.
2026-cı ildə EBU üzvlərinin əksəriyyətinin İsrailin "Avroviziya"da iştirakını qoruyub saxlamağa imkan verən islahatlar paketini qəbul etmək qərarından sonra İrlandiya Niderland, İspaniya, İslandiya və Sloveniya ilə birlikdə müsabiqəni boykot etmişdi. Niderland da 2027-ci il müsabiqəsində iştirakdan imtina etdiyini açıqlayıb.
Qeyd edək ki, "Avroviziya-2027" 11-15 may tarixlərində Bolqarıstanın Burqas şəhərində keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 17 Sentyabr 2026 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















