Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu
Qol.az saytına istinadən Icma.az xəbər verir.
DÇ-2026-nın seçmə mərhələsində Litva ilə keçirilən oyunda Niderland yığmasının hücumçusu Memfis Depay rekorda imza atıb.
QOL.az xəbər verir ki, “Korintians”da çıxış edən futbolçu görüşdə hesabı açmaqla millidəki 104-cü oyununda 51-ci qolunu vurub. 30 yaşlı oyunçu oyunun 63-cü dəqiqəsində fərqlənərək dubla imza atıb.
Bu nəticə ilə o, yığmanın bombardirləri siyahısında zirvəyə yüksəlib. Depay indiyədək 102 matçda 50 qol vuran Robin van Persini geridə qoyub.
Hazırda davam edən Litva – Niderland matçında hesab 2:3-dür.
Qeyd edək ki, Memfis Depay indiyədək PSV, “Mançester Yunayted”, “Lion”, “Barselona” və “Atletiko”da çıxış edib. O, 2024-cü ildən Braziliyanın “Korintians” klubunun şərəfini qoruyur. Depay Niderland millisində isə 2013-cü ildən oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 07 Sentyabr 2025 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















