Niderland millisinin ən çox qol vuran futbolçusu BƏƏ klublarının hədəfində
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Niderland milli komandasında vurduğu qolların sayına görə rekordçu olan Memfis Depay Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) çempionatında çıxış edən iki klubun diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.
Mənbənin məlumatına görə, 31 yaşlı futbolçunu Dubayın “Şabab Əl-Əhli” və “Əl-Vəsl” klubları heyətində görmək istəyir.
Artıq mümkün transferlə bağlı ilkin sorğular göndərilib, lakin təklif olunan şərtlər hələlik oyunçunun gözləntilərinə uyğun deyil. Daha əvvəl Depayın, müqaviləsi Braziliyanın “Korintians” klubu ilə 2026-cı ilin dekabrında başa çatan futbolçunun, klub rəhbərliyinin fəaliyyətindən narazı qaldığı bildirilmişdi.
Transfermarkt portalının 8 milyon avro dəyərində qiymətləndirdiyi futbolçu ötən mövsüm 51 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 27 Yanvar 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















