Niderland Şimal dənizinin mühafizəsinə özəl şirkətləri cəlb etmək niyyətindədir
Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Niderlandın Müdafiə Nazirliyi Rusiyadan gələn təhdidlər fonunda Şimal dənizindəki infrastrukturun qorunması üçün özəl şirkətlərin əlavə heyət və avadanlığını cəlb etməyi planlaşdırır.
Missiya.Az xəbər verir ki, bu barədə həmin ölkənin “Pointer” jurnalist araşdırmaları mərkəzi məlumat yayıb.
Niderland hakimiyyətinin hansı şirkəti işə götürəcəyi və heyətin hansı səlahiyyətlərə malik olacağı hələ məlum deyil.
"Bu məsələ müxtəlif tərəflər və qurumlarla müzakirə olunur. Nümayəndələr Palatası (parlamentin aşağı palatası) patrul qüvvələrinin işə götürülməsi barədə məlumatlandırılacaq", - mərkəzdən bildirilib. Qeyd olunur ki, Şimal dənizinin infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün özəl şirkətlərin cəlb olunması barədə qərar müvəqqəti xarakter daşıyır.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 21 Noyabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















