Azərbaycan və Niderland parlamentlərarası dialoqu genişləndirmək niyyətindədir
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Niderlandın Azərbaycandakı səfiri Marian De Yonq və Azərbaycan parlamentinin ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qaya Məmmədov parlamentlərarası əlaqələrin inkişafını və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Görüş zamanı Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlərin müsbət dinamikası, parlamentlərarası əlaqələrin inkişafı və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub", - məlumatda vurğulanıb.
Qeyd olunub ki, 2026-cı ilin iyulunda Haaqada ATƏT Parlament Assambleyasının 33-cü illik sessiyası çərçivəsində iki ölkə parlamentləri arasında baş tutan təmaslar dialoqun genişləndirilməsi üçün əlavə imkanlar açıb.
Tərəflər parlamentlərarası əməkdaşlığın davam etdirilməsinin və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 12 Noyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















