Icma.az
close
up
RU
Niderland şou göstərdi, Polşa fanatlarını məyus etdi

Niderland şou göstərdi, Polşa fanatlarını məyus etdi

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliyanın Osloda pərən-pərən düşməsini nəzərə almasaq, Avropa zonasında bu ay keçirilən DÇ-2026-nın seçmə mərhələ oyunlarında ciddi sürpriz qeydə alınmadı.

"Football-plus.az" xəbər verir ki, yığma həftəsi İtaliya və Polşanın baş məşqçilərinin istefası ilə nəticələndi. Niderland, Bosniya və Hersoqovina, Avstriya, Norveç, İngiltərə, Xorvatiya hələ ki seçmə mərhələdə xal itirməyib.
G qrupunda 3-cü turda meydan sahibləri qola və qələbəyə həsrət qaldı. Niderland yığması Helsinkidə favorit statusunu gözləniləndən də asan şəkildə doğrultdu. “Narıncılar” ilk yarıda vurduqları qollarla Finlandiyanı “ağ bayraq qaldırmağa” məcbur etdi. Litva isə Malta ilə səfər oyununda qolsuz bərabərliklə kifayətlənməli oldu.
Bu qrupda 4-cü turun mərkəzi oyununda Finlandiya Polşa üzərində mühüm qələbə qazanaraq bir növ Niderlanda məğlubiyyəti unutdurdu. Məlum səbəblər üzündən əsas bombardiri Levandovskisiz oynamaq məcburiyyətində qalan Polşa (bu haqda 9-cu səhifədə oxu – red.) heç 1 xal da qazana bilmədi. Bu komandalar sentyabrda daha bir dəfə qarşılaşacaq və həmin görüş, çox güman, 2-ci pillə baxımından böyük əhəmiyyət kəsb edəcək.
Niderland isə gözlənildiyi kimi, zəif Malta ilə ev oyununda fanatlarını əyləndirdi. Ronald Kumanın komandası artıq 20-ci dəqiqədə hesabı 3:0-a, yəni darmadağın həddinə çatdırdı. XXI əsrdə “narıncılar” yalnız bir dəfə 3:0-ı bundan daha tez – 17-ci dəqiqədə yaxalayıb. Bu, 2011-in sentyabrında baş verib və həmin vaxt da rəqib San Marino idi. İlk iki qolu hesabına yazaraq dubl edən Depay mühüm bir göstəriciyə nail oldu. 102-ci oyunda vurduğu qolların sayını 50-yə çatdıran təcrübəli forvard yığma tarixinin ən məhsuldar oyunçusu olan Robin van Persiyə çatdı!
Maraqlıdı ki. Van Persi də 50 qolu 102 oyunda vurmuşdu. Daha bir diqqətçəkən məqam odu ki, Dyumfris Finlandiya ilə oyunda fərqlənməklə yığmada 10-cu qolunu vurmuşdu. O, Van Diyki geridə qoyaraq XXI əsrdə Niderlandın heyətinə ən çox qol vuran müdafiəçiyə çevrilmişdi. Amma Van Diyk Maltanın qapısına yol tapmaqla Dyumfrisi yaxaladı.
Onu da bildirək ki, Niderland 2 oyuna 6 xal toplamaqla və müsbət 10 top fərqi yaxalamaqla DÇ-lərin seçmə mərhələsindəki ən uğurlu startını reallaşdırıb.
G qrupu
3-cü tur
Finlandiya – Niderland 0:2 (0:2)

Finlandiya: Qradetski, Alho (Niskanen, 70), İvanov (Valakari, 76), Hoskonen, Uronen, Peltola, Tenho (Kamara, 70), Antman, Kairinen, Lod (Yensen, 55), Pohyanpalo (Kallman, 55).
Niderland: Flekken, Dyumfris, Van Heke (De Vrey, 46), Van Diyk, Ake (Van de Ven, 62), Qravenberx, De Yonq, Reynders (Klyuvert, 69), Frimponq, Qakpo (Simons, 85), Depay (Veqhorst, 69).
Qollar: Depay, 6 (0:1). Dyumfris, 23 (0:2).
Vərəqələr: Van Heke, 29. Reynders, 61. Niskanen, 90 – sarı. 
Hakim: Daniel Zibert (Almaniya). 
7 iyun. Helsinki. 29483 tamaşaçı. 
Malta – Litva 0:0
Malta: Bonello, Muskat (Korbalan, 86), Pepe, Karrager, Kamenzuli, Gillaumyer, Satariano, Cons (Evurum, 81), Teuma, C.Mbonq (Nvoko, 81), P.Mbonq (Tuma, 74).
Litva: Gertmonas, Upstas (Qolubiçkas, 46), Kajukolovas, Utkus, Tutışkinas, Gineitis, Vorobyovas (Sirqedas, 70), Lasiçkas, Slivka (Yansonas, 81), Doljnikov (Çernıx, 70), Paulauskas. 
Vərəqələr: Kajukolovas, 17. P.Mbonq, 24. Kamenzuli, 90. Tutışkinas, 90. Gillaumyer, 90+6 – sarı. 
Hakim: Marian Barbu (Rumıniya). 
7 iyun. Malta. 2785 tamaşaçı. 
4-cü tur
Niderland – Malta 8:0 (3:0)

Niderland: Flekken, Dyumfris (Qeertruyda, 79), De Vrey, Van Diyk, Van de Ven, Qravenberx (Viffer, 46), De Yonq, Simons, Klyuvert (Veqhorst, 62), Qakpo (Lanq, 46), Depay (Malen, 72).
Malta: Bonello, Korbalan (Tuma, 46), Ments, Karrager, Kamenzuli (Azzopardi, 81), Gillaumyer, Satariano (Beerman, 81), Overand (Şou, 46), Teuma (Cons, 60), C.Mbonq, P.Mbonq.
Qollar: Depay, 9-p. (1:0). Depay, 16 (2:0). Van Diyk, 20 (3:0). Simons, 61 (4:0). Malen, 74 (4:0). Lanq, 78 (6:0). Malen, 80 (7:0). Van de Ven, 90+2 (8:0).
Vərəqələr: Teuma, 34. Gillaumyer, 56. Lanq, 64 – sarı. 
Hakim: Rikardo Bonqoeçea (İspaniya). 
10 iyun. Qroningen. 21006 tamaşaçı. 
Finlandiya – Polşa 2:1 (1:0)
Finlandiya: Qradetski, Lod (İvanov, 86), Peltola, Hoskonen, Uronen (Niskanen, 71), Antman (Pukki, 86), Kairinen, Tenho, Kamara, Yensen (Alho, 63), Pohyanpalo (Kallman, 63).
Polşa: Skorupski, Keş, Şkripçak, Bednarek, Kivior, Zalevski, Sliş, Moder (Pyotrovski, 87), Şimanski, Sviderski (Kaminski, 57), Pyontek (Buksa, 87).
Qollar: Pohyanpalo, 31-p. (1:0). Kallman, 64 (2:0). Kivior, 69 (2:1).
Vərəqələr: Bednarek, 34. Kairinen, 35. Zalevski, 90+2 – sarı.
Hakim: Joao Pinyeyro (Portuqaliya). 
10 iyun. Helsinki. 16511 tamaşaçı.
1. Finlandiya 4 2 1 1 5-5 7
2. Niderland 2 2 0 0 10-0 6
3. Polşa 3 2 0 1 4-2 6
4. Litva 3 0 2 1 2-3 2
5. Malta 4 0 1 3 0-11 1
Növbəti turun oyunları sentyabrın 4-də keçiriləcək: Niderland – Polşa, Litva – Malta.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 İyun 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri