Finlandiya, Polşa və Niderland kəşfiyyat peyklərini birgə idarə edəcək
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 18 dekabr, AZƏRTAC
Finlandiya Müdafiə Nazirliyi kəşfiyyat peyklərini Polşa və Niderlandla birgə idarə etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Interfax agentliyi bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanenə istinadla məlumat yayıb. “Biz müttəfiqlərimizlə birlikdə kosmik imkanları inkişaf etdirmək üçün konkret addımlar atırıq. Finlandiyanın peykləri və yüksək texnologiya sahəsindəki təcrübəsi bu sahədə davamlı əməkdaşlıq üçün əla imkanlar yaradır”, - deyə nazir bildirib.
Antti Hakkanenin sözlərinə görə, Finlandiya əldə etdiyi peyklərin istifadəsi ilə bağlı beynəlxalq əməkdaşlığa sadiqdir. “Məqsədimiz peyklərdən istifadənin inkişafına, həmçinin ölkələrin müşahidə və kəşfiyyat sahəsindəki imkanlarının artırılmasına yönələn tədbirlər görməkdir”, - deyə o vurğulayıb.
Finlandiya, həmçinin digər tərəfdaş ölkələri də bu əməkdaşlığa qoşulmağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 18 Dekabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















