Icma.az
close
up
RU
Niderlandda keçiriləcək növbədənkənar seçkilər ərəfəsində ifrat sağçı lider irəlidədir

Niderlandda keçiriləcək növbədənkənar seçkilər ərəfəsində ifrat sağçı lider irəlidədir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 oktyabr, AZƏRTAC

Niderland hökumətinin iyunun 3-də süqutundan sonra keçirilən sorğular göstərir ki, Qert Vildersin ifrat sağçı Azadlıq Partiyası (PVV) oktyabrın 29-da keçiriləcək növbədənkənar ümumi seçkilərdə liderliyini qoruyacaq.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Vildersin qarşıdakı seçkilərdə qələbəsi həm də Aİ üçün yeni problemlər yarada bilər.

“GroenLinks” (Yaşıl Sol) və PvdA-nın (Əmək Partiyası) koalisiya qurmasına baxmayaraq, onların seçiicilər arasında populyarlığı getdikcə azalır. Ekspertlər qeyd edirlər ki, bu, eyni zamanda, Niderlandda elektoratın üç qrupda - solçu, mütərəqqi, həddindən artıq sağçı mövqelərində bölünməsi faktını göstərir. Son hökumətin uğursuzluğu bir çox seçiciləri məyus edib. Son illərdə ölkədə sığınacaq verilməsi nisbəti azalsa da, immiqrasiya mediada ən çox müzakirə edilən siyasi mövzudur və seçicilərin əksəriyyəti bu problemi olduqca əhəmiyyətli hesab edir.

Analitiklər Niderlandda son dörd hökumətin immiqrasiya səbəbindən çökdüyünü xatırladaraq, cəmiyyətin qeyri-müəyyənlik içərisində siyasətdə əminlik axtardığını, siyasətçilərin və partiyaların isə “günah keçisi” taparaq bu qeyri-müəyyənlikdən istifadə etdiklərini bildirirlər.

Daha bir problem sosial vəziyyətin pisləşməsidir. Niderlandda böyük bir mənzil böhranı var və ifrat sağçılar bunun immiqrasiya ilə bağlı olduğunu bəyan edirlər. Amma rəqəmlər bunun belə olmadığını göstərir. Yeni evlərin tikintisini çox çətinləşdirən ekoloji qaydalar tətbiq edilib. Tikilən evlərin sayı əhalinin artımı ilə ayaqlaşmır və ifrat sağçı partiya bu məsələdən sui-istifadə edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri