Icma.az
close
up
RU
Niderlandda növbədənkənar parlament seçkiləri keçiriləcək

Niderlandda növbədənkənar parlament seçkiləri keçiriləcək

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Haaqa, 13 oktyabr, AZƏRTAC

Niderlandda siyasi qeyri-müəyyənlik davam edir. Ölkədə hökumətin buraxılmasından sonra növbədənkənar parlament seçkiləri oktyabrın 29-na təyin olunub. Bu qərar koalisiyada yer alan ifrat sağçı Xert Vildersin (Geert Wilders) rəhbərlik etdiyi Azadlıq Partiyasının (PVV) koalisiyanı gözlənilmədən tərk etməsindən sonra verilib.

AZƏRTAC xəbər verir ki, daxili işlər naziri Yudit Autermak (Judith Uitermark) bu demokratik prosesin uğurla həyata keçirilməsi üçün bələdiyyələrlə və digər tərəfdaşlarla birgə işləyəcəyini bildirib. Həmçinin seçkilərin demokratiya üçün vacib olacaını deyib.

Avropa İttifaqının iqtisadi baxımdan beşinci ən güclü ölkəsində seçkilər son vaxtlar ifrat sağçı partiyaların əhəmiyyətli seçki uğurları əldə etdiyi üçün bütün Avropada yaxından izləniləcək.

Niderlandda siyasət çoxpartiyalı və parçalanmış struktura sahibdir. Parlamentin aşağı palatasında (İkinci Palata) 150 yer var və heç bir partiya təkbaşına əksəriyyət qazana bilmir. Bu da koalisiya hökumətini qaçılmaz edir.

Xert Vilders 2023-cü ilin noyabrında keçirilmiş parlament seçkilərində 37 mandat qazanaraq qalib gəlmişdi. Lakin sərt anti-immiqrasiya siyasəti və digər partiyalarla fikir ayrılıqları onun Baş nazir postuna namizədliyini əngəllədi. Koalisiya tərəfdaşları onu Baş nazir kimi qəbul etməyərək, kompromis namizədi kimi M. Sxofu (M. Schoof) irəli sürdülər.

PVV partiyası Vildersin koalisiyadan çıxmasıından sonra bir qədər dəstək itirib. Son sorğular partiyanın 28–30 mandat əldə edə biləcəyini göstərir. Bununla belə, Xert Vildersin əsas problemi yenidən ortaya çıxır: kim PVV ilə koalisiya qurmaq istəyəcək?

Siyasi müşahidəçilər qeyd edirlər ki, bir çox partiya Vildersin “süni hökumət böhranı” yaratdığını düşünərək ona qarşı sərt mövqe tutur. Bu səbəbdən koalisiyanın qurulması prosesi çətin və uzunmüddətli ola bilər.

Oktyabrın 29-da keçiriləcək seçkilərdən sonra ölkədə yeni koalisiyanın formalaşdırılacağı da böyük sual altındadır. Xert Vildersin Baş nazir olmaq arzusu və onun sərt ritorikası digər partiyaların onunla əməkdaşlıq etməsini çətinləşdirir. Siyasi sistemin parçalanmış strukturu isə bu prosesi daha da mürəkkəbləşdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri