Niderlandda məişət fişənglərinin istifadəsi qadağan edilir
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Niderlandda 2026-cı il avqustun 1-dən etibarən məişət məqsədli pirotexniki vasitələrin alınması, satışı və istifadəsi qanunsuz olacaq.
Yeni qanuna əsasən, yalnız yerli assosiasiyalar və fondlar təhlükəsizlik tələblərinə əməl etməklə təşkil olunmuş fişəng nümayişləri üçün xüsusi icazə ala biləcəklər. Təhlükəsizlik məsafəsi istifadə edilən pirotexnikanın növündən asılı olaraq 15, 40 və ya 60 metr təşkil edəcək.
Bununla belə, Amsterdam, Maastrixt və Delft də daxil olmaqla onlarla bələdiyyə artıq belə icazələr verməyəcəyini açıqlayıb. Səbəb kimi müfəttiş çatışmazlığı və tədbirlərin təhlükəsizliyinin təmin olunması ilə bağlı risklər göstərilir.
Qadağa həkimlər və fövqəladə xidmətlərin uzun illər davam edən çağırışlarından sonra qəbul edilib. Hər il Yeni il gecəsi yüzlərlə insan pirotexnikadan xəsarət alır, şəxsi əmlaka isə milyonlarla avro məbləğində ziyan dəyirdi.
Sorğular göstərir ki, ölkə əhalisinin təxminən 75 faizi bu məhdudiyyətləri dəstəkləyir. COVID-19 pandemiyası dövründə xəstəxanaların yükünü azaltmaq məqsədilə pirotexnikaya müvəqqəti qadağa tətbiq edilmişdi.
Proqressiv Partiya və Heyvanların Müdafiəsi Partiyası tərəfindən irəli sürülən qanun layihəsi parlamentin hər iki palatası tərəfindən qəbul edilib və qadağanı daimi xarakter daşıyan normaya çevirib.
Bu qərar Niderlandın iqlim və ətraf mühit siyasətinin davamı kimi qiymətləndirilir. Ölkədə daha əvvəl Amsterdam şəhərində karbon emissiyalarını azaltmaq məqsədilə ət məhsulları və aviauçuşların açıq hava reklamları da qadağan edilmişdi.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 25 İyul 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















