Niderlandda hökumət dağıldı
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Niderlandda Baş nazir Dik Sxofun rəhbərlik etdiyi hökumət, ifrat sağçı Azadlıq Partiyasının (PVV) koalisiyadan çıxması ilə dağılıb. Bu qərarın səbəbi isə sığınacaq və miqrasiya siyasəti mövzusunda fikir ayrılıqları olub.
News24.az xəbər verir ki, Vilders məsələ ilə bağlı X-də açıqlama verib:
“İmza yoxdur, razılaşma yoxdur, PVV koalisiyadan ayrılır”.
Onu da bildirək ki, Vilders koalisiya razılaşmasına sığınacaq axtaranlara sərhədlərin bağlanması, hərbi sərhəd nəzarətlərinin gücləndirilməsi, sığınacaq mərkəzlərinin azaldılması və müvəqqəti yaşayış icazəsi olan suriyalıların ölkədən çıxarılması da daxil olmaqla 10 sərt tədbirin salınmasını tələb edib.
Günel Məlikzadə
Baxış sayı:83
Bu xəbər 03 İyun 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















