Icma.az
close
up
RU
Niderlandlı nazirin Azərbaycan sərhədinə casus missiyalı səfəri

Niderlandlı nazirin Azərbaycan sərhədinə casus missiyalı səfəri

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycana qarşı hər zaman qərəzli mövqeyi ilə seçilən, türk və İslam dünyasına münasibətdə etnik və dini dözümsüzlük siyasəti yürüdən, Cənubi Qafqazda, necə deyərlər, suların durulmasına imkan verməyən, qızışdırıcı rol oynayan Niderland Krallığı bu əməllərindən əl çəkənə bənzəmir. Ölkənin xarici işlər naziri Kaspar Veldkampın və onun başçılıq etdiyi nümayəndə heyəti üzvlərinin Avropa İttifaqının (Aİ) Ermənistanda yerləşdirilmiş mülki adlanan yarımhərbiləşmiş monitorinq missiyasının müşayiəti ilə Azərbaycanla sərhəd bölgəsinə səfəri bunun daha bir göstəricisidir.

Özünü Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulmasının tərəfdarı kimi göstərən Ermənistanın rəsmi dövlət informasiya agentliyi – “Armenpress”in bu səfərin işıqlandırılmasına geniş yer ayırması Nikol Paşinyan iqtidarının da bu kimi səfərlərdə maraqlı olduğunun sübutu sayıla bilər. Aİ-nin Ermənistandakı monitorinq missiyasının “X” mikrobloqunda yer alan məlumatda deyilir: “Biz Niderlandın xarici işlər naziri Kaspar Veldkampı, krallığın İrəvandakı səfiri Marike Monroy-Vinteri və Ermənistanda səfərdə olan nümayəndə heyətini qəbul etməkdən şərəf duyuruq”.

Patrul zamanı Aİ missiyasının rəhbəri Markus Ritter Niderlandın xarici işlər nazirinə missiyanın fəaliyyəti və Ermənistan–Azərbaycan sərhədindəki vəziyyətlə bağlı situasiyanı təqdim edib.

Azərbaycanla sərhədyanı əraziyə səfərdən sonra K.Veldkamp da özünün “X” mikrobloqunda paylaşım edib. İddia edib ki, Aİ monitorinq missiyasının regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə verdiyi töhfə əvəzsizdir (?) və yerli icmalarda etimad (?) yaradır. Nazir, həmçinin missiyanın həyata keçirdiyi işlərdən məmnunluğunu bildirərək, rəsmi Amsterdamın bu fəaliyyətləri dəstəklədiyini vurğulayıb.

Məlumat üçün bildirək ki, K.Veldkamp Ermənistana martın 12-də səfər edib. O, səfər zamanı baş nazir N.Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb, həmçinin Niderlandın Ermənistandakı səfirliyinin rəsmi açılış mərasimində iştirak edib. K.Veldkamp və A.Mirzoyan Ermənistan və Niderland arasında strateji tərəfdaşlıq haqqında bəyannamə də imzalayıblar.

Qeyd edək ki, Aİ missiyasına ölkəmizdə münasibət mənfidir. Bu da təbiidir. Çünki missiyanın şübhəli fəaliyyətlə məşğul olması çoxdan sübut olunub. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Ermənistan müxtəlif güc mərkəzlərinin, qlobal oyunçuların Cənubi Qafqazla bağlı destruktiv, dağıdıcı, araqarışdıran planlarının həyata keçirilməsində hər zaman alət rolunu oynayıb. Rəsmi İrəvan məlum siyasətini indi də davam etdirir. Ermənistanda hakimiyyətlərin dəyişməsinə baxmayaraq, seçilmiş kurs dəyişməz olaraq qalır. Fərq ondadır ki, əvvəllər başqa güc mərkəzlərinə sığınan Ermənistan hakimiyyəti hazırda Qərb dünyasına – Aİ–Fransa–Niderland–Kanada kimi ölkələrə qucaq açıb. Bölgədə gerçək sabitliyin bərpa olunmasına çalışmaqdansa, Qərbdən gələn dağıdıcı sifarişləri can-başla yerinə yetirən rəsmi İrəvan qərbli tərəfdaşlarına güvənərək, destruktiv siyasət yürüdür və yeni gərginlik ocağı yaradır. Gərginliyin artmasına rəvac verən qüvvələrdən biri də Aİ-nin Ermənistandakı missiyasıdır.

Bu missiyanın Ermənistanda yerləşdirilməsinin özü belə qeyri-qanunidir. Aİ ölkələrinin ehtiyatda olan polis-jandarm məmurlarının, hərbçilərinin üstünlük təşkil etdikləri yarımhərbiləşdirilmiş missiya iki ölkə arasında etimad quruculuğu istiqamətində indiyədək nəinki heç bir uğura imza atmayıb, əksinə, qeyd etdiyimiz kimi, pozuculuqla məşğul olub. Bu səbəbdən ölkəmizdə onun fəaliyyətindən hər zaman narazılıq edilib. Prezident İlham Əliyev 2024-cü il dekabrın 17-də “Rossiya-1” televiziya kanalına müsahibəsində bildirmişdir ki, sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb: “Axı bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq...”

Dövlətimizin başçısı qeyd etmişdi ki, ilkin dövrdə iki aylığına 40 nəfərin yerləşdirilməsi qərara alınmışdı: “Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim arqumentimiz isə belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu”.

Bununla belə Ermənistan tərəfi rəsmi Bakının missiyanın fəaliyyətinə son qoymaq tələbini yerinə yetirmədi. Nəinki yerinə yetirmədi, 2025-ci ilin yanvarında onun müddətini daha iki il müddətinə uzatmaq qərarına gəldi. Həmin qərara əsasən, avropalı müşahidəçilər 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar. Onu da bildirək ki, ilk vaxtlar missiyada, təxminən, 103 müşahidəçinin olacağı gözlənilirdi. 2023-cü il dekabrın 11-də isə Aİ Ermənistanda yerləşdirilən əməkdaşlarının sayının 209-a çatdırılacağını təsdiqləmişdir.

Niderland isə bu prosesdə xüsusi canfəşanlıq nümayiş etdirir. Girişdə qeyd etdiyimiz kimi, bu da ölkə hakimiyyətinin qatı ermənipərəst, anti-Azərbaycan, anti-türk və anti-islamçı mahiyyətindən irəli gəlir. Amsterdam bu xətti hər zaman davam etdirib. Niderland parlamentində də hər zaman anti-Azərbaycan, anti-türk, islamofob, ultra-sağçı və ultra-millətçi qüvvələrin kəskin çıxışları eşidilib. Hələ 44 günlük Vətən müharibəsinin getdiyi dövrdə parlamentin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə sanksiyalar tətbiq olunmasına, keçmiş qondarma “dqr” rejiminin tanınmasına dair çağırışlar edilib, Azərbaycanın müharibədə, guya, suriyalı terrorçulardan istifadə etdiyi iddia olunub. Həmin cəfəng çağırışların müəllifləri isə Martin van Helvert, Yoel Voordevind, Sven Koopmans və digər ultra-sağçı, islamofob və faşist ideologiyasının təbliğatçıları və ermənipərəst qüvvələrin əlaltılarıdır. Məhz bu kimi xəstə düşüncəli şəxslərin səyləri nəticəsində 2020-ci il noyabrın 17-də Niderland parlamenti tərəfindən Azərbaycan və Türkiyə əleyhinə bir neçə tövsiyə xarakterli qətnamə qəbul olunub. Həmin dövrdə zahirən öz neytrallığını qorumağa çalışan Niderland hökuməti üzdə də olsa, balanslı siyasət yürütməyə çalışır, ünvanlanmış təxribat xarakterli suallardan diplomatik formada yayınırdı. Lakin rəsmi Amsterdamın birmənalı mövqe nümayiş etdirməməsi parlamentdə belə radikal qüvvələrin əl-qolunu daha da açırdı.

Yada salaq ki, 2024-cü il oktyabrın 10-da isə Niderland parlamentinin Nümayəndələr Palatası tərəfindən Azərbaycan əleyhinə birtərəfli və qərəzli iki qətnamə qəbul edilib, ölkənin xarici işlər naziri bu qətnamələrə dəstək verib. İndi isə hökumətin üzvü olan, mühüm nazirliklərdən birinə rəhbərlik edən şəxsin Azərbaycanla sərhədə gəlməsi, diqqətlə ərazilərimizi müşahidə etməsi Niderland tərəfinin növbəti dəfə Azərbaycana və post-münaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirdiyinin göstəricisidir. Amsterdam, nəhayət, aydın şəkildə dərk etməlidir ki, onların bu kimi hərəkətləri Azərbaycan və Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdır, regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olur.

Onu da qeyd etmək lazımdır ki, Niderland özünü mədəni, demokratik dəyərlərə sadiq ölkə kimi təqdim etsə də, reallıq tamamilə fərqlidir. Keçmişə qısa nəzər salmaq bunu aydın şəkildə əks etdirir. Əslində, Niderland ərazi baxımından kiçik ölkə olsa da, imperialist baxışları ilə seçilən dövlət olub. Müstəmləkəçilik Fransa və Böyük Britaniyadan əvvəl məhz Niderlandda mövcud idi. Orta əsrlərdə Asiyanın cənub-şərqində və cənubunda (Hindistanın cənubu), Afrikanın cənubunda (Cənubi Afrika Respublikası) və Cənubi Amerika materikinin şimalında (Surinam) torpaqlar zəbt etmiş Niderland bugünədək Karib dənizi hövzəsində torpaqlara (Antil adaları, Aruba, Kurasao və Sent-Marten) malikdir. Azərbaycan tərəfi, konkret olaraq, Bakı Təşəbbüs Qrupu yaxın tarixə və bu günümüzə aid faktları saxtalaşdıran Niderlandın cinayətlərlə dolu müstəmləkəçilik siyasətinin ifşa edilməsi ilə xeyli vaxtdır məşğul olur.

Digər tərəfdən, holland nazirin bu hərəkəti diplomatik etiket baxımından da doğru deyil. Bir ölkənin ərazisinə gəlib oradan digər ölkənin torpaqlarını seyr etmək heç bir halda xoş qarşılana bilməz. Bundan öncə ötən ilin noyabrın 25-27-də Ermənistana gələn Polşa Prezidenti Andjey Duda da buna bənzər hərəkət etmişdi. Bu addım da ölkəmizdə haqlı narazılıq doğurmuşdu.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən politoloq İlyas Hüseynov bildirdi ki, Aİ-nin mülki adlanan missiyası regionda pozuculuq fəaliyyəti ilə məşğul olur. Onun sözlərinə görə, missiya yalnız kəşfiyyat məlumatlarının toplanılması, onların Brüsselə və digər mərkəzlərə ötürülməsi vəzifəsini icra edir. Bu isə təbii ki, təhlükəsizlik risklərini bir qədər də artırır: “Hətta, Niderland hökuməti üzvünün də Azərbaycanla sərhədə gəlməsi, onu “binokl diplomatiyası” nümayəndələrinin müşayiət etməsi, şübhəsiz ki, sərhədlərimizə, ərazi bütövlüyümüzə qarşı olan fəaliyyətin tərkib hissəsidir. Bir daha qeyd etmək istəyirəm ki, bu missiyanın yalnız kəşfiyyat məlumatlarının toplanılması ilə məşğul olduğu hamıya yaxşı məlumdur. Həmçinin regionda bir sıra destruktiv addımlar atır. Buna görə də missiya fəaliyyətini əvvəldə bəyan olunan istiqamətlərə uyğun şəkildə təşkil etmir”.

Politoloq qeyd etdi ki, əslində, missiya Azərbaycan və Ermənistan arasında sərhdlərin delimitasiya-demarkasiya prosesinə töhfə verməli idi. Zaman keçdikdə missiyanın müddəti bitdi. Lakin qeyri-qanuni olaraq onun müddəti Azərbaycanla məsləhətləşmədən uzadıldı: “Bu baxımdan hesab edirəm ki, Niderland tərəfi bu səfəri həyata keçirməklə bir sıra direktivləri icra edir. Biz Niderlandın Fransanın təsiri altında olduğunu da yaxşı bilirik. Burada Fransa başqa bir formada regiona təsir etməyə çalışır və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin öyrənilməsi, növbəti mərhələdə təxribat xarakterli addımların atılması üçün zəmin hazırlanır”.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Mart 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see697

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see168

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see134

Almaniya hərbi büdcəsini iki dəfə artırır

29 İyul 2025 08:02see122

Mançester Yunayted müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib

28 İyul 2025 22:46see121

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see120

“Embraer 190” hava təhlükəsi yaşadı Xəzər üzərində həyəcan

28 İyul 2025 07:17see120

Nəhayət, gözləntilər sona çatır: Şrek franşizası yeni filmlə qayıdır

29 İyul 2025 06:48see119

Əfqanıstan səfirliyindən Rusiyaya cavab: “Ədəbsiz mahnını himn saymaq olmaz”

29 İyul 2025 00:35see118

Milan ın hücumçusu rəsmən Cenoa da

28 İyul 2025 23:33see118

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü VİDEO

28 İyul 2025 22:47see117

Zəngəzur dəhlizinin taleyi məsələsi nə iqtisadi, nə də siyasi yanaşma ilə həll olunmayacaq

28 İyul 2025 17:54see117

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see117

Xıdırlıya qayıdan sakin: Elə hadisələrin şahidi olduq ki, qələmə alsalar, bir kitab çıxar

29 İyul 2025 06:56see117

Novxanı çimərliyində iki nəfər boğulub öldü

28 İyul 2025 09:24see117

Corab satan aktyor işlə təmin olunub: Nazir iki dəfə mənə zəng etdi, dedi ki...

28 İyul 2025 02:44see116

Yeniyetmələr süni intellektlə romantik münasibət yaşayırlar ARAŞDIRMA

28 İyul 2025 05:14see116

Qvardioladan Barselona açıqlaması

28 İyul 2025 14:47see113

Kobi Brayantın ayaqqabısı 240 min dollara satıldı

29 İyul 2025 06:16see112

Rusiya qazı üçün nəzərdə tutulmuşdu, ilk dəfə Azərbaycan istifadə etdi

28 İyul 2025 15:43see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri