Icma.az
close
up
RU
Azərbaycan icmasının nümayəndələri niderlandlı parlamentarilərlə görüşüblər

Azərbaycan icmasının nümayəndələri niderlandlı parlamentarilərlə görüşüblər

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Niderlandda yaşayan Azərbaycan İcmasının nümayəndələri bu ölkədə fəaliyyət göstərən “Ana Vətən Avropa Azərbaycanlı Qadınları” Assosiasiyasının təşəbbüsü ilə yerli parlamentarilərlə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə Xocalı soyqırımı ilə bağlı bəyanat parlament üzvlərinə təqdim edilib. Niderlandlı parlamentarilər Stefan van Baarle, Jesse Klaver, Martin Oostenbrink, İsa Kahraman, Erik van der Burqa Xocalı soyqırımı haqqında məlumat verilib.

Xocalıdan olan Ayxan Sadıxov 1992-ci il fevralın 26-da törədilmiş bu qətliam zamanı həyatlarını itirmiş və itkin düşmüş qohumları haqqında danışıb. O, Xocalıda taleyi hələ də naməlum qalan soydaşlarımızın axtarışlarının davam etdiyini vurğulayıb. Bildirib ki, Xocalıda hələ də minaların mövcudluğu və erməni tərəfinin minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi səbəbindən kütləvi məzarlıqların tapılması çətinləşir. Xocalı sakinləri illərdir yaxınlarının tapılması ümidi ilə yaşayırlar. Bu məqsədlə Xocalı soyqırımının qurbanlarına aid olması ehtimal edilən qalıqların müəyyənləşdirilməsi üçün genetik analizlər aparılır.

Həmçinin Xocalı soyqırımı ilə bağlı məlumatların Niderland parlamentində daha geniş şəkildə yayılmasının vacibliyi vurğulanıb. Azərbaycanın ədalətsiz şəkildə tənqid edildiyi və ölkəmizin əleyhinə verilən bəzi qərarların əsassız olduğu niderlandlı parlamentarilərin diqqətinə çatdırılıb. Niderlandın səsləndirdiyi erməni əsirlərin azad edilməsi məsələsinin heç bir hüquqi əsası olmadığı da vurğulanıb. Bildirilib ki, bu şəxslər Birinci və İkinci Qarabağ müharibələrinin təşkilatçıları olmaqla yanaşı, Xocalı soyqırımının törədilməsində birbaşa iştirak etmiş şəxslərdir.

Qeyd edilib ki, Azərbaycan daim sülh tərəfdarı olub. Regionda əmin-amanlığın və davamlı sabitliyin bərqərar edilməsi ölkəmizin əsas prioritetlərindəndir.

Niderlandlı parlamentarilərə Xocalı soyqırımı haqqında sənədlər, materiallar və kitablar təqdim edilib.

“Ana Vətən Avropa Azərbaycanlı Qadınları” Assosiasiyasının sədri Mayisə Ağamirzəyeva erməni əsirliyində ağır işgəncələrə məruz qalmış Xocalı sakini Dürdanə Ağayevanın başına gətirilənləri və bu mövzuda qələmə aldığı kitabı parlamentarilərə təqdim edib.

Xocalı soyqırımı ilə bağlı kitabların tərcüməçisi Henri van Rens çıxışında Xocalı soyqırımının hələ də Niderland Krallığı tərəfindən rəsmi şəkildə tanınmadığını, bu cür haqsız və qərəzli mövqeyin dərin təəssüf doğurduğunu bildirib.

Niderlandlı deputatlar çıxışlardan və təqdim olunan faktlardan çox təsirləndiklərini qeyd ediblər. Görüşün sonunda Haaqada yerləşən Xocalı soyqırımı abidəsi ziyarət olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri