Icma.az
close
up
RU
Nifaq salmaq istəyən nökərlərə qardaşlıq MESAJI

Nifaq salmaq istəyən nökərlərə qardaşlıq MESAJI

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Türkiyə və Azərbaycan bir millətin övladları olaraq, eyni soyun, kökün və eyni dinin daşıyıcısı olan iki ayrı dövlətdir. Bu səbəbdən də, iki müstəqil dövlət kimi onların müəyyən məsələlərdə fərqli baxışa malik olmaları tamamilə təbiidir".

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında türkiyəli hərbi ekspert Yücel Karauz bildirib.

Onun sözlərinə görə, bu fərqliliklər coğrafi mövqe, ölkələrin özünəməxsus daxili və xarici strukturları, tarixi və siyasi balanslardan qaynaqlana bilər:

"Lakin bu, onların “qardaş dövlət” kimliyinə zidd deyil. Əksinə, Şuşa Bəyannaməsi ilə bu qardaşlıq zirvəyə çatdırılıb. Bəzi kritik mövzularla və ya bəzi hadisələrlə bağlı fərqli düşünmək bu birliyə maneə deyil.Təəssüf ki, bu gün Türkiyə mediasında Azərbaycana qarşı iki fərqli siyasi təzyiq formasına şahid oluruq.

Birincisi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin şəxsiyyətinə yönəlib. Bu hücumlar əxlaqi və insanı dəyərlərdən uzaq, məqsədli şəkildə müəyyən mərkəzlər və xarici dairələrin alətinə çevrilmiş şəxslər tərəfindən həyata keçirilir.

Bu, əsla qəbulolunan deyil. Çünki cənab Prezident İlham Əliyev türk dünyasının son zəfəri sayılan Qarabağda qazanılan Böyük Qələbənin memarı, Türk Dövlətləri Təşkilatının formalaşmasında böyük rol oynamış, hakimiyyətə gəldiyi ilk gündən bəri Türkiyə-Azərbaycan qardaşlığını gücləndirmək üçün dayanmadan çalışan siyasi liderdir. Bu hücumların əslində xarici ölkələrin maraqlarını müdafiə edən dairələrin planı olduğu açıqdır".

Ekspert heab edir k, Fələstin-İsrail müharibəsi və onun ardınca İran-İsrail arasında son altı gündür davam edən silahlı qarşıdurda böyük bir dezinformasiya, qarayaxma kampaniyası aparılır:

"İran-İsrail müharibəsi başlayanda Azərbaycan rəsmi şəkildə bəyan etdi ki, onun ərazisi və hava məkanı İrana qarşı istifadə olunmayacaq. Bu, Azərbaycanın mövqeyinin aydın göstəricisidir. Fələstin-İsrail münaqişəsinə gəldikdə isə, Azərbaycanın bu məsələyə hüquqi və humanitar baxış bucağı Türkiyənin mövqeyindən fərqlənmir.

Ancaq Azərbaycan İsraillə olan siyasi, hərbi və iqtisadi əlaqələrini də davam etdirmək məcburiyyətindədir. Türkiyədə bu məsələni dini və mühafizəkar baxışla dəyərləndirən bəzi qruplar, məsələyə yetərincə dərindən yanaşmadan, Azərbaycan dövlətinə qarşı haqsız ittihamlar irəli sürür. Bu isə təəssüf və təəccüb hissi doğurur.

Bu iki cəbhədən aparılan hücumlar, Türkiyə və Azərbaycan arasında narazılıq yaratmaq istəyən müəyyən mərkəzlər tərəfindən məqsədli şəkildə həyata keçirilir. Zaman-zaman bu məsələlərlə bağlı Türkiyə və Azərbaycan mediasında narahatlıqlar ifadə olunur.

Lakin Türkiyədə Azərbaycan, Azərbaycanda isə Türkiyə məsələsi müzakirə mövzusu olduqda, hər kəs danışmazdan əvvəl bir neçə dəfə düşünməli, dediyi sözün hansı nəticələr doğuracağını anlamalıdır. Ona görə də Azərbaycanın xarici siyasətdə fərqli mövqe tutmasına qarşı aparılan məqsədli təbliğatlar, dezinformasiyalar və bu yolla Azərbaycan-Türkiyə birliyinə xələl gətirmək cəhdləri əsla qəbul edilə bilməz.

Türkiyə və Azərbaycan qardaşlığı bu gün də var və əbədi olaraq davam edəcəkdir. Bu qardaşlığın arasına Ermənistanla, İranla və ya İsraillə olan münasibətlər bəhanə edilərək nifaq toxumu səpilə bilməz, heç kəsə də buna imkan verilməməlidir.

Xüsusilə sosial şəbəkələrdə klaviatura arxasına keçən hər kəs Çanaqqala, Qafqaz İslam Ordusu, Balkan savaşları, zəlzələ, çətin və yaxşı günlərdə bir-birinin yanında olan Türkiyə-Azərbaycan qardaşlığına dəstək göstərmək üçün çalışmalıdır. Fitnə-fəsad yaymaq isə tarix qarşısında bağışlanmaz böyük bir səhv olar".

Səbinə Uğur
"Cebheinfo.az"

Açar sözlər: Türkiyə Azərbaycan mesaj Yücel Karauz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 İyun 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri