Icma.az
close
up
RU
İki xalq arasında nifaq salmaq cəhdləri iflasa uğrayacaq Millət vəkili

İki xalq arasında nifaq salmaq cəhdləri iflasa uğrayacaq Millət vəkili

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Xəbər verildiyi kimi, Çeçenistan rəhbəri Ramzan Kadırov 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL-a məxsus "Embraer E190" sərnişin təyyarəsinin ekipaj üzvlərini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalları ilə təltif edəcək.

Millət vəkili Elçin Mirzəbəyli Metbuat.az-a açıqlamasında bu məsələyə münasibət bildirib.

O qeyd edib ki, Çeçenistan rəhbərliyinin AZAL-a məxsus təyyarənin Rusiyanın hava məkanında vurulması ilə bağlı baş verən qəzaya hər hansı formada aidiyyəti yoxdur:

“Qənaətimə görə, bütün məsuliyyət bu prosesdə iştirak edən hərbçilərin üzərinə düşür. Məsələnin fərqli istiqamətə yönəldilməsi üçün bəzi dairələrin göstərdiyi cəhdlər isə heç bir nəticə vermədi. Azərbaycan xalqı və çeçen xalqı həqiqətin nədən ibarət olduğunu çox yaxşı bilir. Ümumiyyətlə, Şimali Qafqaz xalqları ilə Azərbaycan xalqı arasında tarixin bütün dövrlərində həmrəylik mövcud olub. Azərbaycan ən çətin günlərdə istər çeçen xalqının, istərsə də digər Şimali Qafqaz xalqlarının yanında olub və biz öz vətənimizi, yurd yerlərimizi qorumaq üçün tarixin ən çətin sınaqlarını birlikdə keçmişik. İki xalq arasında nifaq salmaq cəhdləri isə bizim atdığımız soyuqqanlı addımlar nəticəsində iflasa uğradı və belə addımlar həmişə iflasa uğrayacaq”.

Millət vəkili AZAL-a məxsus qəzaya uğrayan təyyarənin ekipaj üzvlərinin təltif edilməsi ilə bağlı Çeçenistan rəhbərliyinin verdiyi qərarı müsbət qiymətləndirib:

“Bu, həmvətənlərimizin qəhrəmanlığına verilən bir dəyər, qiymətdir. Eyni zamanda çeçen xalqının Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirən bir addımdır və buna yalnız müsbət yanaşmaq olar. Düşünürəm və ümid edirəm ki, Rusiya rəhbərliyi də bu amilləri nəzərə alaraq ədalət prinsiplərindən çıxış edəcək, Azərbaycan təyyarəsinin vurulmasında iştirak edən şəxslərin cəzalandırılması istiqamətində konkret addımlar atacaq, həmçinin təzminatın ödənilməsi üçün müvafiq qərarlar qəbul edəcək. Gözlənti də məhz bundan ibarətdir. İndiki şəraitdə bəzi dairələrin sözügedən faktdan istifadə edərək Azərbaycanın əleyhinə apardığı kampaniya isə nəticə etibarilə təkcə Azərbaycan xalqına deyil, bütövlükdə MDB məkanındakı dövlətlərə və iqtisadi münasibətlərə neqativ təsir göstərir. Düşünürəm ki, bu, nəticə etibarilə Rusiyanın öz maraqlarına da xidmət etmir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Mart 2025 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri