Icma.az
close
up
RU
Nigar Arpadarai: Bakı İqlim Fəaliyyəti Həftəsində regiona dair müxtəlif mövzular müzakirələr olunacaq

Nigar Arpadarai: Bakı İqlim Fəaliyyəti Həftəsində regiona dair müxtəlif mövzular müzakirələr olunacaq

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Şamaxı, 26 avqust, AZƏRTAC

Artıq ikinci dəfədir ki, ölkəmizdə COP29 İqlim Dəyişmələri üzrə Yay Düşərgəsi keçirilir. Bu il düşərgəyə 20 ölkədən qonaqlar qatılıb ki, bu da təşəbbüsün əhəmiyyətini daha da artırır. Çünki gənclərin iqlim dəyişiklikləri ilə mübarizədə rolu çox böyükdür və biz çalışdıq ki, COP tədbirləri mümkün qədər inklüziv olsun. Bu məqsədlə dövlət tərəfdaşları ilə yanaşı, qeyri-dövlət aktorlarının – özəl sektorun, vətəndaş cəmiyyətinin, gənclərin, akademik dairələrin, şəhər nümayəndələrinin də iştirakı təmin olundu. Bir sözlə, hər kəs bu prosesin bir parçası oldu. Qürurla deyə bilərik ki, biz ikinci ən böyük COP tədbirinə ev sahibliyi etdik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai Şamaxıda keçirilən “COP29 İqlim Dəyişmələri üzrə İkinci Yay Düşərgəsi” çərçivəsində deyib.

Onun sözlərinə görə, hazırda COP29 sədrliyi ikinci ildir ki, fəaliyyətini aktiv şəkildə davam etdirir: “Gördüyünüz kimi, işimiz davam edir və biz bir çox məsələlərdə mümkün qədər fəal olmağa çalışırıq. Çünki COP30-a ev sahibliyi edəcək Belem komandası ilə də sıx əməkdaşlıq edirik. Bizim ən önəmli təşəbbüslərimizdən biri də Bakı İqlim Fəaliyyəti Həftəsidir. Dünyada İqlim Həftələrinin keçirilməsi artıq ənənəyə çevrilib. Ən böyük tədbirlər Londonda və Nyu-Yorkda təşkil olunur. Bu ilin iyununda Londonda keçirilən İqlim Həftəsində biz çox fəal iştirak etdik. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi də mütəmadi olaraq bu tədbirləri müxtəlif ölkələrdə keçirir. Yaxın günlərdə Panama və Afrikada İqlim Həftələri keçiriləcək və COP29 Sədrliyi bu tədbirlərdə təmsil olunacaq. Daha sonra nümayəndələrimiz Nyu-Yorkda keçiriləcək İqlim Həftəsində iştirak edəcəklər. Bütün bu beynəlxalq tədbirlərin ardınca – sentyabrın 29-da Bakıda Bakı İqlim Fəaliyyəti Həftəsi başlayacaq”.

Nigar Arpadarai sonda vurğulayıb: “Biz bu tədbiri Rio və London İqlim həftələrinin komandaları ilə tərəfdaşlıq şəklində təşkil edirik. Böyük bir qlobal xəritənin parçası olmaq bizim üçün xüsusi önəm daşıyır. Bir həftə ərzində keçiriləcək tədbirlər zamanı xaricdən çoxsaylı qonaqlarımız olacaq – beynəlxalq təşkilatların nümayəndələri, özəl sektor, dövlət qurumları və gənclər təşkilatları ilə birlikdə maraqlı konsepsiya hazırlanıb. İqlim Həftəsi günlərə bölünüb və hər gün fərqli mövzular üzrə müzakirələr aparılacaq. Hazırkı fəaliyyətimizin əsas istiqaməti də məhz bununla bağlıdır. Biz çalışırıq ki, İqlim Həftəsi region üçün aktual mövzuları da əhatə etsin. Regionumuza xüsusi diqqət ayrılacaq və sentyabrın sonunda bütün iqlim icmasını – beynəlxalq ictimaiyyəti yenidən Bakıda bir araya gətirəcəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri