Icma.az
close
up
RU
Nigar Arpadarai: Regional əməkdaşlıq ədalətli və dayanıqlı yaşıl enerji keçidinin əsas şərtidir

Nigar Arpadarai: Regional əməkdaşlıq ədalətli və dayanıqlı yaşıl enerji keçidinin əsas şərtidir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 30 sentyabr, AZƏRTAC

Təşəbbüslərin reallaşdırılması yalnız fərdi səylər və ayrı-ayrı uğur hekayələri ilə məhdudlaşmamalıdır, bu proses böyük sistemlərə inteqrasiya edilməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai “Azərbaycanın Günəş, dənizdə külək, mavi və yaşıl hidrogen sahəsində potensialının araşdırılması” adlı paneldə çıxışı zamanı deyib.

Nigar Arpadarai qeyd edib ki, enerji, qida, su və infrastruktur sahələrində dəyişikliklərin həyata keçirilməsi insanların gündəlik həyatında nəticələri hiss etməsinə imkan verir: “Əgər biz real yerlərdə, real çətinliklər qarşısında irəliləyiş əldə etmək istəyiriksə, beynəlxalq əməkdaşlıq yalnız söz olaraq qalmamalı, praktiki nəticələr verməlidir”.

O bildirib ki, zəruri koordinasiya birləşəndə ən çətin problemlərin belə həllinə nail olmaq mümkündür: “Böyük fəlakətlər zamanı gördüyümüz kimi, birlikdə daha sürətli hərəkət edəndə etimad yaranır və mürəkkəb problemlər həll olunur. Bu gün həmin həmrəylik ruhunu iqlim sahəsində də görürük – yeni ittifaqlarda, ortaq bilikdə və yerli liderlikdə”.

Nigar Arpadarai Azərbaycanın regional təşəbbüslərdə lider rolunu xüsusi vurğulayıb. “Nazir Pərviz Şahbazovun qeyd etdiyi “Yaşıl Enerji Dəhlizi” protokolunun Gürcüstan, Rumıniya, Macarıstan və Azərbaycanı birləşdirməsi mühüm əməkdaşlıq nümunəsi kimi təqdim olunub. Bu təşəbbüsün təkcə region deyil, həm də Mərkəzi Asiya və qlobal enerji bazarı üçün əhəmiyyət kəsb etdiyi bildirilib”.

Onun sözlərinə görə, bu layihələr sadəcə infrastruktur deyil, həm də etimad, ortaq vizyon və qətiyyətin ifadəsidir. Onlar yalnız enerji paytaxtları yaratmır, həm də dayanıqlılıq və əməkdaşlıq icmaları formalaşdırır.Çıxışında “Açıq Fəaliyyət Gündəliyi”nin əhəmiyyətinə də toxunan Nigar Arpadarai diqqətə çatdırıb ki, bu platforma Paris Sazişinin məqsədləri ilə yanaşı, yerli icmaları və şirkətləri iqlim proseslərinin mərkəzinə cəlb edir, irəliləyişləri, boşluqları və gələcək addımları nümayiş etdirir. COP30-a hazırlıq çərçivəsində dörd əsas təşəbbüsün işə salındığını bildirən Nigar Arpadarai qeyd edib ki, enerji, qida, maliyyə və dayanıqlılıq sahələrində artıq mövcud koalisiyalarla birgə məqsədlərin reallaşdırılması istiqamətində addımlar atılır:“İnstitusional dayanıqlılıq, insan kapitalına, texnologiyalara və materiallara sərmayə qoyuluşu xüsusilə enerji sektorunda mühüm əhəmiyyət daşıyır. Çünki əlçatan, etibarlı və bərpaolunan enerji yalnız iqlim həlli deyil, həm də inkişaf, ictimai sağlamlıq, iqtisadi imkan və innovasiya üçün əsasdır”.

Nigar Arpadarai Bakıdakı müzakirələrin davamlı nəticələrə çevrilməsinin vacibliyini qeyd edib. “Biz bilirik nə lazımdır, kimlər hərəkətə keçməlidir. İndi əsas məsələ necə və hansı sürətlə addım atmaqdır”, - deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see139

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see138

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see135

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see135

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see129

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri