Nigar Mirzəliyeva: Dil məsələləri ilə bağlı çətinliklər var
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniyaya qarşı matçda qələbə qazanmağa çalışacaq. Sport24.az xəbər verir ki, bunu millinin üzvü Nigar Mirzəliyeva jurnalistlərə açıqlamasında deyib.
Futbolçu sözügedən matçla bağlı fikirlərini bölüşüb:
"Fərq etməz, qolu mən və ya komanda yoldaşlarımdan kimsə vursun. Əsas odur ki, ölkəmiz adına qələbə qazanaq. Bunun üçün çalışacağıq".
Müdafiəçi Almaniyanın "Hamburq" klubundakı çıxışından danışıb:
"Bundesliqa klubuna transfer olmaq hər kəsin arzusudur. Bir qədər dil məsələləri ilə bağlı çətinliklər var. Düşünürəm ki, zamanla öyrəşəcəyəm. Fiziki olaraq komanda yoldaşlarından geri qalmıram".
Qeyd edək ki, Azərbaycan - Şimali Makedoniya matçı sabah "Dalğa Arena"da saat 15:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 02 Mart 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















