Icma.az
close
up
RU
Nigarı komaya salan həkimlərə bu cəza verildi

Nigarı komaya salan həkimlərə bu cəza verildi

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdiyi əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı anasının şikayəti əsasında başlanan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Axşam.az APA-ya istinadən xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, 3 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, Yaqub Əsədiyə 5 il, Cəmilə Əliyevaya isə 4 il müddəttinə azadlıqdan məhrum etmə cəzasının verilməsini və onların cəzasını məntəqə tipli cəza çəkmə müəssisəndə çəkmələrini təklif edib.

Zərərçəkən tərəfin nümayəndəsi təqsirləndirilənlərə sanksiya həddində cəza verilməsini və mülki iddianın tam təmin edilməsini xahiş edib.

Cəmilə Əliyevanın vəkili bildirib ki, Yaqub Əsədi xəstənin anesteziya olunmasına və intubasiya etməsinə icazə verməyib:

“Bunu cərrah özü edib. Anestezioloqun etirazlarına məhəl qoymayıb və buna görə də Cəmilə Əliyeva otağı tərk edib. Monitordan xəstənin vəziyyətinin yaxşı olmadığını görərək vəzifəsini icra etmək istəyib, lakin bacarmayıb”.

Vəkil müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.

Cəmilə Əliyeva da çıxışında vəkilinin dedillərini təsdiqləyib. O, əlavə edib ki, həkim reklam çəkmək məqsədilə hər işi özü görüb və xəstənin halı pisləşib:

“Bunu gördükdən sonra daha iki həkim də yardıma gəlib, lakin onlar da xəstəni daha betər hala salıb. Xəstənin bu halda olmasının səbəbi yanlış intubasiyadır ki, onu da mən etməmişəm. Bu gün xəstə həyatdadırsa, bu, mənim müdaxiləm nəticəsindədir”.

Yaqub Əsədinin vəkili çıxışında bildirib ki, müdafiə etdiyi şəxs səhv intubasiya etsə də, xəstəni nəzarətsiz qoyduğu üçün Cəmilə Əliyeva təqsirkardır:

“Yaqub Əsədi işinə səhlənkar yanaşmayıb. İntubasiyadan sonra xəstənin pis hala düşməsi onun nəzarətsiz qalması səbəbindəndir. Yəni burada Yaqub doktorun səhvi yoxdur. Yaqub Əsədi ittiham olunduğu əməli törətməyib, buna görə də ona bəraət verilməsini xahiş edirəm”.

Dövlət ittihamçısı replika hüququndan istifadə edərək bildirib ki, təqsirləndirilən şəxslər zərərçəkənə lazım olan pompanı da almayıblar, buna görə də onlara bəraət verilməməlidir.

Yaqub Əsədi son sözündə bildirib ki, xəstənin halı istifadə olunan dərmanlara görə pisləşib. O, məhkəmədən bəraət verilməsini xahiş edib.

Daha sonra məhkəmədə hökm elan olunub. Hökmə əsasən, 2 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə hər iki şəxsə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmə əsasən, onlar cəzalarını məntəqə tipli cəza çəkmə müəssisəndə çəkəcəklər.

Mülki iddia isə qismən təmin edilib. Hər iki təqsirləndirilənin daha öncə ödədiyi ziyan nəzərə alınaraq, Yaqub Əsədidən 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat pul vəsaitinin tutulmasına və zərərçəkənə ödənilməsinə qərar verilib.

Qeyd edək ki, ötən ilin aprel ayında Bakıda yerləşən “MedAura” Klinikasında rinoplastika əməliyyatı olunan 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.

Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://axsam.az
archiveBu xəbər 21 Avqust 2026 03:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri