Niger nəhəng Mars meteoritinin satılması üzrə təhqiqat aparmağı tələb edir
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Stokholm, 11 avqust, Nərgiz Cəfərli, AZƏRTAC
Niger hökuməti Yerə düşən nəhəng Mars mənşəli meteoritin satışa çıxarılmasının təhqiqatını aparmağı tələb edir.
AZƏRTAC xəbər verir ki, 24,7 kiloqram çəkisi olan və 2023-cü ildə Aqades regionunda tapılan unikal daş parçası Nyu-Yorkdakı “Sotheby’s” auksionunda anonim şəkildə 4,8 milyon dollara satılıb.
Planetimizdə tapılan on minlərlə meteoritdən yalnız 400-ə yaxını Mars mənşəlidir. Buna görə də “NWA 16788” indeksini alan tapıntı elm aləmində böyük marağa səbəb olub.
Çikaqo Universitetindən paleontoloq Pol Sereno vəziyyəti “biabırçı” adlandırıb və onun Edinburq Universitetindən olan həmkarları daşın “bəzi oliqarxın seyfində yox olacağından” narahat olduqlarını bildiriblər.
Niger hakimiyyəti meteoritin qanuni yolla ölkədən çıxarıldığına şübhə ilə yanaşır və mümkün qeyri-qanuni beynəlxalq ticarətlə bağlı ilkin araşdırmaya başlayıb. Hökumətin bəyanatında qeyd olunur ki, belə tapıntılar şəxsi kolleksiyaçılara deyil, muzeylərə və elmi institutlara təhvil verilməlidir.
Kaliforniya Texnologiya İnstitutunun geoloqlarının fikrincə, hətta kiçik bir fraqmentdə bütün qiymətli elmi məlumatlar ola bilər ki, bu da onun sahibinə elmə töhfə vermək imkanı yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 11 Avqust 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















