Mars üçün hazırlanan nəhəng cihaz Aya yollanır
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
NASA rəsmiləri hazırda Kaliforniyadakı Reaktiv Hərəkət Laboratoriyasında (JPL) saxlanılan "Perseverance" marsoxodunun tamölçülü mühəndis prototipini Aya göndərmək variantını ciddi şəkildə nəzərdən keçirdiklərini bəyan ediblər. Əsas məqsəd Ayın cənub qütb bölgəsinin tədqiqatını maksimum sürətləndirməkdir. Qeyri-rəsmi olaraq "Promise" adlandırılan və adi avtomobil ölçülərində olan bu rover, əslində Marsdakı sistemlərin yoxlanılması üçün sınaq platforması rolunu oynayıb və ilkin olaraq kosmosa uçuş üçün nəzərdə tutulmayıb.
Lakin yeni plana əsasən, bu nəhəng aparat mürəkkəb Ay relyefində və dözülməz Ay gecəsi şəraitində fasiləsiz enerji ilə təmin olunmaq üçün radioizotop termoelektrik generatoru (MMRTG) ilə təchiz edilə bilər. Qeyd edək ki, NASA-nın indiyə qədərki Ay roverlərinin əksəriyyəti günəş panelləri ilə işləyirdi. Agentliyin məlumatına görə, hazırda anbarlarda istifadəsiz qalan plutonium-238 ehtiyatı bu missiyanı tam təmin etməyə yetirir. Roverin çəkisi təxminən bir ton olduğundan, onun Ay səthinə çatdırılması üçün "Blue Origin" şirkətinin "Blue Moon" və ya "SpaceX"in "Starship" kimi iritonnajlı kosmik gəmilərindən istifadə edilməsi tələb olunacaq.
Uzun illər boyu "Promise" prototipi "Perseverance" aparıtının Marsda qarşılaşa biləcəyi potensial problemlərin yerüstü analizi üçün istifadə edilib. Marsoxoda göndərilən bütün əmrlər əvvəlcə laboratoriyanın xüsusi "Mars həyətində" bu maşın üzərində sınaqdan keçirilir, yalnız bundan sonra Qırmızı planetə ötürülürdü.
Cihaz sırf Mars mühiti üçün hazırlansa da, mühəndislər onun Ay şəraitinə uyğunlaşdırılmasını tamamilə mümkün hesab edirlər. NASA rəhbərliyinin bildirdiyinə görə, elmi cihazların modifikasiyası müəyyən vaxt aparsa da, bu üsul Ay proqramının inkişafını sürətləndirmək üçün ən effektiv və qənaətcil yoldur. Çünki sıfırdan yeni aparat yaratmaq əvəzinə əldə olan hazır texnologiya dövriyyəyə buraxılır.
Faktiki olaraq, ABŞ kosmik agentliyi sürətli səfərbərlik rejiminə keçib. NASA rəhbərliyi Ayın cənub qütbünə insan düşürməyi planlaşdıran Çini qabaqlamağa və strateji əhəmiyyətli regionları daha tez mənimsəməyə çalışır. Bu gərgin rəqabət fonunda, Marsın tədqiqi yaxın perspektiv üçün öz prioritetliyini müəyyən qədər itirmiş görünür.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 01 İyul 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















