Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatında silahlı dəstənin kəndlərə hücumu nəticəsində azı 24 fermer həlak olub, daha bir neçə nəfər yaralanıb.
"Reuters"in məlumatına görə, motosikletlə hərəkət edən silahlılar Sauna rayonundakı kəndlərə basqın edərək tarlalarda çalışan insanlara atəş açıblar.
“Onlar azı 24 günahsız fermeri qətlə yetirdilər. İtkilərin sayı hələ dəqiqləşdirilir”, – deyə yerli sakin Auwal Sani bildirib.
Sakinlərin sözlərinə görə, hücumçular Sauna kəndinə çatana qədər Mayanchi–Anka magistralı boyunca təxminən 50 kilometr məsafə qət etsələr də, yolda heç bir təhlükəsizlik qüvvəsi ilə qarşılaşmayıblar.
Digər sakin Bello Aliyu isə hücumun təxminən üç saat davam etdiyini bildirib.
Qeyd edək ki, Zamfara ştatı Nigeriyanın şimal-qərbində silahlı dəstələrin kəndlərə hücumları, adam oğurluqları və mal-qara talanları ilə müşayiət olunan təhlükəsizlik böhranının əsas mərkəzlərindən biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 23 İyul 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















