Nigeriyada naməlum silahlılar 7 tələbəni oğurladı
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Nigeriyada naməlum silahlılar Politexnik İnstitutunun 7 tələbəsini oğurlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hadisənin baş verdiyi Kaura-Namoda şəhərinin polis idarəsi məlumat yayıb.
Bir qrup silahlı institutunun yataqxanasına soxularaq tələbələri silah gücünə naməlum istiqamətdə apardıqdan az sonra olay yerinə polis və hərbçilər gəliblər. Onların cinayətkarların izinə düşmək cəhdləri uğursuz olub. Hazırda tələbələrin axtarışı davam etdirilir.
Qeyd edək ki, Nigeriyada belə silahlı birləşmələrin sayı onlarladır. Onlar insanları girov götürərək pul müqabilində azadlığa buraxırlar.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:Nigeriyada silahlılar məktəbliləri qaçırıb
01 İyul 2026 03:30
Nigeriyada silahlılar 50 nəfəri qaçırdı
03 Avqust 2025 16:28
Nigeriyada FIRTINA: 7 ölü
09 İyul 2026 17:39
Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
23 İyul 2026 17:19
Nigeriyada silahlılar qızlar məktəbindən 25 şagird qaçırıb
17 Noyabr 2025 15:26
Baxış sayı:108
Bu xəbər 05 İyun 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















