Nigeriyada tankerin partlaması nəticəsində ölənlərin sayı 86 ya çatdı
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Nigeriyanın Niger əyalətində baş verən tankerin partlaması faciəsi nəticəsində həyatını itirənlərin sayı 86 nəfərə yüksəlib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Niger Dövlət Fövqəladə Halların İdarə Olunması Agentliyinin baş direktoru Alhaji Abdullahi Baba Ara məlumat yayıb.
Hadisə Nigeriyanın qərbində yerləşən Dikko şəhərində baş verib. Hazırda qəza yerində dağıntılar təmizlənir və zərərçəkənlərə yerli xəstəxanalarda tibbi yardım göstərilir.
Hadisə şahidlərinin sözlərinə görə, yanacaq çəni təxminən 60 ton yanacaq daşıdığı halda yolda aşıb. Dağılan yanacağı çıxarmaq üçün başqa bir yanacaq tankeri hadisə yerinə gətirilib. Yerli sakinlər isə yanacaq yığmağa cəhd edərkən qəfil partlayış və ardınca yanğın baş verib.
Qeyd edək ki, bu cür hadisələr Nigeriyada yanacaq daşınması zamanı tez-tez baş verir və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün çağırışlara səbəb olur.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 19 Yanvar 2025 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















