Icma.az
close
up
RU
Nigeriyada təhlükəli xəstəlik yayılır Ölənlərin sayı 31 ə çatdı

Nigeriyada təhlükəli xəstəlik yayılır Ölənlərin sayı 31 ə çatdı

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nigeriyanın Plato əyalətində yayılan difteriya xəstəliyi ciddi narahatlıq yaradıb. Artıq yüzlərlə yoluxma qeydə alınıb, ölənlərin sayı isə 31-ə yüksəlib.

“Yeni Sabah” xəbər verir ki, Plato əyalətinin səhiyyə komissarı Nikolas Baamlonq difteriyanın əyalətin 10 bölgəsinə yayıldığını açıqlayıb. Onun sözlərinə görə, həmin bölgələrdə 469 difteriya xəstəsi müəyyən edilib. Xəstəlik səbəbindən həyatını itirənlərin sayı isə 31 nəfərə çatıb.

Baamlonq bildirib ki, ilin əvvəlində ayrı-ayrı hallar qeydə alınıb. Lakin avqust ayında difteriya ciddi ictimai sağlamlıq probleminə çevrilib. Hazırda ərazilərdə xəstələrin müəyyənləşdirilməsi, xəstələrlə təmasda olan şəxslərin izlənməsi, əhali arasında maarifləndirmə işləri və peyvəndləmə tədbirləri gücləndirilib. Dördpendirli pizza

Difteriyanın yayılması səbəbindən Plato əyalətində sentyabrın 7-dən bütün ibtidai və orta məktəblərin bağlanmasına qərar verilib. Nigeriyada bu il 10 mindən çox təsdiqlənmiş difteriya halı qeydə alınıb. Son illərdə xəstəliyin təkrar yayılması səbəbindən ölkədə peyvənd kampaniyaları keçirilir. 2022-2025-ci illər ərzində ölkədə 42 mindən çox difteriya halı aşkarlanıb və təxminən 1 400 nəfər bu xəstəlikdən həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatı Nigeriyada difteriya hallarının artması ilə əlaqədar xəstəliyin ikinci yayılma dalğasının yaşandığını təsdiqləyib. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu isə xəstəliklə mübarizə çərçivəsində ötən il Nigeriyaya 9,3 milyon doza peyvənd göndərib.

Qeyd edək ki, difteriya boğaz, burun, göz və dəridə məskunlaşan "Corynebacterium diphtheriae"  bakteriyasının yaratdığı yoluxucu xəstəlikdir. Xəstəlik ağırlaşdıqda ölümə səbəb ola bilər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 Sentyabr 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri