Nigeriyada terrorçuların girov götürdüyü 92 nəfər xilas edildi
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Nigeriyanın şimal-şərqində "Boko Haram" və ISWAP terror təşkilatlarının girov götürdüyü 92 mülki şəxs xilas edilib.
Moderator.az xəbər verir ki, Nigeriya ordusu Borno ştatında terrorçulara qarşı "Hadin Kai" əməliyyatı keçirib. Əməliyyat zamanı girov saxlanılan şəxslər azad olunub.
Əməliyyatın media üzrə məsul nümayəndəsi Sani Uba bildirib ki, xilas edilənlər arasında 52 kişi, 33 qadın və 7 uşaq var.
Onun sözlərinə görə, əməliyyat müşahidə və izləmə sistemlərinin dəstəyi ilə uğurla həyata keçirilib.
Qeyd edək ki, Nigeriya uzun illərdir "Boko Haram" və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşir.
Bu mövzuda digər xəbərlər:Nigeriyada 10 əsgər terrorçuların qurbanı olub
10 Aprel 2026 19:02
Nigeriyada 20 nəfər öldürüldü
15 Mart 2026 15:30
Nigeriyada toqquşmalarda 23 nəfər öldü
12 May 2025 01:51
Nigeriyada daşqınlar: 21 nəfər öldü
30 May 2025 08:12
Nigeriyada daşqınlar: 23 nəfər ölüb
01 Avqust 2025 00:09
Baxış sayı:95
Bu xəbər 25 May 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















