Nigeriyada 10 əsgər terrorçuların qurbanı olub
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Nigeriyanın şimal-şərqindəki Borno əyalətində “Boko Haram” terror qruplaşması növbəti hücum aktı həyata keçirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbi mövqelərin ələ keçirildiyi hücumda terrorçularla əsgərlər arasında qarşıdurma yaşanıb.
On əsgər, o cümlədən briqada generalı O.O.Braimah, hücumda həyatını itirib, çox sayda insan da yaralanıb.
Nigeriya Ordusundan verilən açıqlamada hücumda ölən əsgərlərin sayı açıqlanmayıb: “Təəssüf ki, bu toqquşmada vəzifə borcumuzda ən böyük fədakarlıq göstərən bir neçə cəsur və qəhrəman əsgərimizi itirdik”.
Xatırladaq ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərən “Boko Haram” 2009-cu ildən bu yana kütləvi terror aktlarında on minlərlə insanın ölümünə səbəb olub.
2015-ci ildən bu yana terror qruplaşması Nigeriyanın qonşu dövlətləri olan Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirib. Təşkilatın Çad gölü hövzəsindəki hücumları nəticəsində ən azı 2000 adam həlak olub. Terror aktları və ölkə daxilindəki münaqişələr səbəbindən yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 10 Aprel 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















