NİİMdən vətəndaşlara tövsiyə
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hər il olduğu kimi bu il də bayram və tətil günləri ilə əlaqədar bölgələrə səfərə çıxanların sayının çox olacağı gözlənilir. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir: “Həm paytaxtın mərkəzi küçə və prospektlərində, həm də Bakı-Sumqayıt şosesi və şəhərə cənub istiqamətdən giriş-çıxışda rayonlara səfərə çıxanların çox olması ilə əlaqədar, xüsusilə axşam saatlarında yollarda avtomobil sıxlığının yaranacağı ehtimal olunur. Bunu nəzərə alaraq vətəndaşlara tövsiyə edirik ki, səfərlərini erkən saatlarda planlaşdırsınlar. Həmin günlərdə gücləndirilmiş iş rejimində çalışacaq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sürücülərə yollardakı vəziyyətlə bağlı mütəmadi olaraq məlumat veriləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 23 Dekabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















