Icma.az
close
up
RU
Qızıla investisiya yatırmaq risklidirmi? İqtisadçı vətəndaşlara tövsiyə verir

Qızıla investisiya yatırmaq risklidirmi? İqtisadçı vətəndaşlara tövsiyə verir

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadçı Eldəniz Əmirov 2026-cı ildə qızıla investisiya etmək istəyənlərə müraciətlə, qlobal vəziyyəti şərh edib. O, qızılın bu il kəskin bahalaşaraq təxminən 4 380 dollara qədər yüksəldiyini, lakin artımın sonra dayandığını, buna baxmayaraq ciddi eniş baş vermədiyini xatırladıb.

E.Əmirovun sözlərinə görə, bunun əsas səbəbi qızılı bahalaşdıran fundamental faktorların hələ də qüvvədə qalmasıdır.

“Qızıl nə kəskin geri çəkilir, nə də yeni güclü ralliyə başlayır. O “yatır”, amma “yuxulamayıb” və növbəti mərhələni gözləyir” – iqtisadçı bildirib.

O, hazırkı durumu “minaların qurulduğu, lakin hələ partlamadığı” vəziyyətə bənzədib və həmin “minaların” nədən ibarət olduğunu belə sadalayıb: 

- Çin–ABŞ rəqabətinin dərinləşməsi;

- ABŞ və Çinin Venesuela üzərində təsir savaşı və mümkün müdaxilə ehtimalı;

- Qlobal borc böhranı risklərinin artması;

- Çin, Türkiyə, Rusiya, Hindistan və Yaxın Şərq ölkələrinin rekord həcmdə qızıl alışı;

- Dolların qlobal dəyər itirmək riski və rezerv valyuta kimi rolunun zəifləməsi,

İtaliyanın AİM-dən öz qızıl ehtiyatlarını geri tələb etməsi.

E.Əmirov deyib ki, qızılı bahalaşdıran səbəb bu risklərin nəticəsi olan hadisələr deyil, risklərin artıq “bir-birinə yaxın məsafədə qurulmasıdır”. Belə ki, Yaxın Şərqdəki gərginlik və Rusiya–Ukrayna müharibəsi də qiymətlərin hazırkı səviyyəsində tam əks olunub.

İqtisadçı 2026-cı ildə qızıl qiymətləri üçün iki əsas ssenaridən danışıb: “Əgər bu minalar zərərsizləşdirilsə, müəyyən eniş ola bilər. Amma qızılın ilin əvvəlindəki qiymətinə qədər enəcəyini gözləmirəm. Yox, əgər bu minalardan biri belə partlasa, qızıl sürətlə arta bilər. Artımın hara qədər gedəcəyi isə hansı minanın partlamasından asılıdır".

Eldəni Əmirov 2026-cı ildə həm risklərin tam aradan qalxması, həm də onların partlaması ehtimalının çox aşağı olduğunu deyib: “2025-ci ildə olan qeyri-müəyyənlik və geosiyasi xaotiklik 2026-cı ildə də davam edəcək. ABŞ-nin kəskin xarici siyasəti isə bunu təkcə 2026-da deyil, çox güman 2027-də də uzadacaq".

Nəticə olaraq iqtisadçı vurğulayıb ki, investisiya məqsədli qızıl hələ də ən etibarlı uzunmüddətli alətlərdən biri olaraq qalır: “Qızıl yenə də uzunmüddətli investisiya üçün ən etibarlı vasitə olacaq".

Rasim

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Dekabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri