Nijni Novqorod vilayətində PUA zərbəsi nəticəsində dörd nəfər yaralanıb
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ukraynanın Nijni Novqorod vilayətinə pilotsuz uçuş aparatı ilə (PUA) endirdiyi zərbə nəticəsində üç böyük və bir uşaq yaralanıb.
XQ Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə qubernator Qleb Nikitin bildirib.
Onlara tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur.
"Gecə hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri Nijni Novqorod vilayətində PUA zərbələrini dəf edib. Radioelektron mübarizə nəticəsində bir aparat ağaca çırpılıb, bir hissəsi partlayıb. Qəlpələrin ətrafa səpələnməsi yaxınlıqdakı yaşayış binasının mənzilində yanğına səbəb olub. Təəssüf ki, dörd nəfər xəsarət alıb, onlardan biri uşaqdır", - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 06 Avqust 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















