Rusiyanın Nijni Novqorod şəhər hava limanının polis rəisi həbs edilib
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın Nijni Novqorod şəhərinin hava limanının Polis İdarəsinin rəisi Namiq Musayev qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işinin istintaqı çərçivəsində saxlanılıb.
Gununsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İdarəsi N.Musayevin saxlanılmasını təsdiqləyib.
Bildirilir ki, bir qrup vətəndaşın qanunsuz hərəkətlərini nəqliyyat polisinin mühafizə xidmətinin əməkdaşları Federal Təhlükəsizlik Xidməti İdarəsinin Nijni Novqorod vilayəti üzrə həmkarları ilə birgə müəyyən ediblər.
On iki əməkdaşın “sxem”ə cəlb olunduğu, fəaliyyətin bölüşdürüldüyü, bəzilərinin pul qəbul etdiyi, bəzilərinin rəisin qanunsuz əmrlərini yerinə yetirdiyi iddia olunur.
Məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322-ci (sərhədi qanunsuz keçmə) və 286-cı (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə açılıb, N.Musayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 13 İyul 2025 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















