Icma.az
close
up
RU
Nikah üçün QOHUMLUQ SORĞUSU Həmin sənədləri olmayanlar nə etməlidir?

Nikah üçün QOHUMLUQ SORĞUSU Həmin sənədləri olmayanlar nə etməlidir?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu il iyul ayının 1-dən ölkəmizdə qohumlar arasında nikahın bağlanması qadağan olunub. Ailə Məcəlləsinə edilən dəyişikliyə görə, ümumi bioloji baba və nənəsi eyni olanlar, bacı, qardaş, əmi, dayı, xala, bibi uşaqları arasında nikahların bağlanmasına yol verilmir.
Bu səbəbdən də ailə qurmaq istəyən şəxslərin qohumluq əlaqəsini, o cümlədən, eyni baba və nənənin nəvələri olduqlarını öyrənmək üçün qeydiyyat şöbələrində onlardan bir sıra sənəd tələb olunur. Həmin sənədlərdən biri də valideynlərin doğum haqqında şəhadətnaməsidir.
Lakin bəzi vətəndaşlar valideynlərinə məxsus olan sənədlərin müxtəlif səbəbdən itdiyini və buna görə də nikahın qeydə alınmasında çətinliklə üzləşdiklərini bildirirlər.
Bəs belə halda vətəndaş nə etməlidir? Problem necə həll olunur?
Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bilirilib ki, valideynlərin doğum haqqında şəhadətnaməsi bir neçə yolla əldə olunur:
“Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.3-cü bəndinə əsasən nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılır.
 

Bu məlumatların informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda nikaha daxil olmaq istəyən şəxslərin və onların valideynlərinin doğumu haqqında şəhadətnamələrin surəti nikaha daxil olmaq haqqında ərizəyə əlavə edilir. Valideynlər doğum haqqında şəhadətnaməsini itirdiyi halda özləri (onlar öldükdə isə vərəsələri) seçdiyi yer üzrə qeydiyyat şöbəsinə müraciət etməklə təkrar şəhadətnamə (və ya arayış)  əldə edə bilərlər”.


Məlumatda qeyd olunub ki, həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər.
Hansı sənədlərin əlavə olaraq tələb olunmasına gəldikdə isə qurumdan bildirilib ki, sənədlərin siyahısı qeydiyyat şöbələrinin əməkdaşları tərəfindən vətəndaşlara bildirilir.
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Sentyabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri