Icma.az
close
up
RU
Nikaha hazırlaşanlara VACİB XƏBƏR KONKRET

Nikaha hazırlaşanlara VACİB XƏBƏR KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasında nikahın hüquqi əsaslarla qurulması məqsədilə qanunvericilik bir sıra mühüm tələblər müəyyən edir. Bu tələblərdən biri də nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin olub-olmamasının yoxlanılmasıdır. Bu məsələ müvafiq dövlət orqanları tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılır. Bəzi hallarda isə tələb olunan sənədlərdən bəziləri itmiş olur. 

Bəs bu kimi hallarda yaranan problemi necə həll etmək olar?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a vəkil Nurlan Səfərov açıqlama verərək bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, müəyyən qohumluq əlaqəsi olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Qanunvericiliyə görə yaxın qohumlar, o cümlədən bioloji qohumluğu olan əmi, dayı, bibi və xalanın övladları, həmçinin qardaş və bacının övladları arasında nikahın bağlanması mümkün hesab edilmir:

“Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqəsinin mövcud olub-olmaması aidiyyəti dövlət orqanları tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemləri vasitəsilə yoxlanılır.

Bəzi hallarda bu məlumatların informasiya sistemi üzərindən əldə edilməsi mümkün olmaya bilər. Belə vəziyyətdə nikaha daxil olmaq istəyən şəxslər özlərinin və valideynlərinin doğum haqqında şəhadətnamələrinin surətlərini nikah barədə ərizəyə əlavə etməlidirlər”.

Vəkil qeyd edib ki, əgər həmin sənədlər itirilibsə, vətəndaş elektron qaydada və ya kağız daşıyıcıda qeydiyyat şöbəsinə müraciət edərək sənədin dublikatını əldə edə bilər. Qeydiyyat şöbəsində müvafiq qeydiyyat aşkar edilmədiyi halda isə vətəndaşa rəsmi imtina məktubu təqdim olunur. Bu halda şəxsin hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək hüququ vardır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Aprel 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri