Niko Kovaç: “Biz açıq aşkar favoritik”
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA Çempionlar Liqasının III turunda "Sabah" "Borussiya" ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, matçdan öncə Dortmund təmsilçisinin baş məşqçisi Niko Kovaçın mətbuat konfransı keçirilib.
"Bu, mənim artıq Bakıya ikinci gəlişimdir. Azərbaycan çox gözəl ölkədir. "Sabah"ı təhlil etmişik. Bizdə rəqiblə bağlı lazımi məlumatlar var. Sabahkı görüşdə qələbə qazanmaq istəyirik.
Bizi çətin qarşılaşma gözləyir. Mübariz futbol sərgiləyəcəyik. Mütləq bu görüşdə qələbə qazanmalıyıq. Heyətdə zədəli futbolçular olsa da, matça ciddi hazırlaşmışıq.
"Sabah"a hörmətlə yanaşırıq. Amma düşünürəm ki, biz açıq-aşkar favorit sayılırıq. Mənim fikrim belədir. Əgər başqa cür danışsaydım, bu doğru olmazdı. Lakin futbolda bunun özü çox da böyük əhəmiyyət daşımır. Əminəm ki, sabahkı oyunda qələbə qazanmaq üçün kifayət qədər keyfiyyətə sahibik. Sabah meydanda hər şeyi görəcəyik və ümid edirəm ki, sonda qələbəni əldə edə biləcəyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 Oktyabr 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















